...

Bakı sakinləri Novruz şənlikləri müddətində səyyar "ASAN xidmət"dən yararlana biləcəklər

Cəmiyyət Materials 18 Mart 2014 14:43 (UTC +04:00)
Bakı sakinləri Novruz şənliklərinin keçirildiyi "İçərişəhər" - Qoşa Qala Qapısı meydanında 4 gün müddətində səyyar "ASAN Xidmət"dən yararlana biləcəklər.
Bakı sakinləri Novruz şənlikləri müddətində səyyar "ASAN xidmət"dən yararlana biləcəklər

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İzzət/

Bakı sakinləri Novruz şənliklərinin keçirildiyi İçərişəhər - Qoşa Qala Qapısı meydanında 4 gün müddətində səyyar "ASAN Xidmət"dən yararlana biləcəklər. Bu barədə Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Hüseynov bildirib.

Onun sözlərinə görə, martın 20-dən 23-dək Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) təşkilatçılığı ilə səyyar "ASAN xidmət" avtobusu vasitəsilə Novruz şənliklərinin keçirildiyi İçərişəhər - Qoşa Qala Qapısı meydanında vətəndaşlara xidmət göstərilməsi nəzərdə tutulur: "Yəni Bakı sakinləri burada şənliklərin getdiyi müddətdə səyyar "ASAN xidmət" çərçivəsində mümkün olan bütün xidmət növlərindən istifadə edə biləcəklər. Hələlik bir səyyar "ASAN xidmət" avtobusunun cəlb edilməsi nəzərdə tutulur".

Qeyd edək ki, səyyar "ASAN xidmət" ölkə ərazisində əsasən avtomobillər və iritutumlu avtobuslar vasitəsilə həyata keçirilir. "Səyyar xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və müasir üsullarla təqdimatı, onların vətəndaşlar üçün əlçatanlığının təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti