...

İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrləri arasında görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 2 Aprel 2014 11:05 (UTC +04:00)
İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri, professor Nərgiz Paşayeva Cəmiyyətin Böyük Britaniya tərəfindən yeni seçilmiş həmsədri, Parlamentin Lordlar Palatasının üzvü, Lord Germanla görüşüb.
İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrləri arasında görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 2 aprel /Trend/

İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri, professor Nərgiz Paşayeva Cəmiyyətin Böyük Britaniya tərəfindən yeni seçilmiş həmsədri, Parlamentin Lordlar Palatasının üzvü, Lord Germanla görüşüb.

Trend-in AzərTAc-a istinadən verdiyi məlumata görə, parlament üzvü bu vəzifədə mərhum Lord Freyzeri əvəz edib.

Böyük Britaniya Parlamentinin Lordlar Palatasında keçirilmiş görüşdə, həmçinin ölkəmizin Birləşmiş Krallıqdakı səfiri Fəxrəddin Qurbanov və İngiltərə - Azərbaycan Cəmiyyətinin İcraiyyə Komitəsinin üzvləri iştirak ediblər.

Qarşılıqlı anlaşma və əməkdaşlıq çərçivəsində keçirilmiş görüşdə Cəmiyyətin hazırkı fəaliyyəti və onun inkişaf perspektivlərinə dair hər iki həmsədr arasında ətraflı fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı İngiltərə-Azərbaycan Cəmiyyətinin ölkələrimiz arasında mədəniyyət və humanitar sahələrdə ikitərəfli münasibətlərə səmərəli töhfə verdiyi qeyd olunub, bu fəaliyyətin gələcəkdə də uğurla davam edərək daha yeni sahələri əhatə edəcəyinə əminlik ifadə olunub. İki ölkənin vətəndaşları səviyyəsində təmasların gücləndirilməsi və işgüzar dairələr arasında əlaqələrin təşviq olunması sahələrində geniş potensial olduğu vurğulanıb.

İngiltərə-Azərbaycan Cəmiyyətinin fəaliyyətini müsbət qiymətləndirən professor N.Paşayeva, Cəmiyyətin ölkələrimiz arasında münasibətlərin genişləndirilməsində əvəzsiz xidmətlərinin olduğunu qeyd edib. Lord Germanı İngiltərə-Azərbaycan Cəmiyyətinin Böyük Britaniya tərəfindən həmsədri vəzifəsinə seçilməsi münasibətilə təbrik etmiş və gələcəkdə onun Cəmiyyətin işinə böyük töhfə verəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

Lord German İngiltərə-Azərbaycan Cəmiyyəti tərəfindən ona göstərilmiş bu yüksək etimada görə dərin təşəkkürünü bildirib, Cəmiyyətin fəaliyyətinin daha da genişləndirilməsi üçün Azərbaycan tərəfindən həmsədr, professor N.Paşayeva ilə sıx əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti