BMÜTT ilə Azərbaycan Turizm Assosiasiyası arasında sənəd imzalanıb

Cəmiyyət Materials 3 Aprel 2014 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir E.Mehdiyev/

BMT Ümumdünya Turizm Təşkilatı (BMÜTT) ilə Azərbaycan Turizm Assosiasiyası arasında Azərbaycanın Qlobal Turizm Etik Davranış Məcəlləsinə qoşulması haqqında sənəd imzalanıb.

Trend-in məlumatına görə, sənədi BMÜTT-nin baş katibi Taleb Rifai və Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov imzalayıb.

İmzalama mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib.

Nazir qeyd edib ki, Azərbaycan vətəndaşları dünyanın bir çox ölkələrinə səfərlər edirlər: "Eyni zamanda çoxlu sayda insanlar Azərbaycana turist səfərləri edirlər və bu işi quran əsasən turizm şirkətləridir. Turizm şirkətləri dünya miqyasında turizm hərəkəti daxilində movcud qanunvericilik çərçivəsində müəyyən məsuliyyət daşıyırlar. Azərbaycan da artıq bu Məcəlləyə qoşulur və bununla da Azərbaycan turizm sənayesi Ümumdünya Turizm Təşkilatı qarşısında Azərbaycan turistlərinin və buraya gələn qonaqların etik qaydalara uyğun olaraq davranışını təmin etmək məsuliyyətini öz üzərinə götürür".

Nazir qeyd edib ki, bu, o deməkdir ki, bu gündən etibarən Azərbaycanın xaricə turist göndərən hər bir şirkəti mütləq səfərə gedən turistlərə etik davranış qaydalarına riayət olunması ilə bağlı məlumat və məsləhət verməlidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti