...

Belçikanın Fransa ilə sərhəddə yerləşən Hensies şəhərində Xocalı soyqırımı abidəsinin ucaldılması üçün danışıqlar aparılır

Cəmiyyət Materials 3 İyun 2014 13:16 (UTC +04:00)
Belçikanın Fransa ilə sərhəddində yerləşən Hensies şəhərində Xocalı soyqırımı abidəsinin ucaldılmasına dair yerli bələdyyə ilə danışıqlar aparılır.
Belçikanın Fransa ilə sərhəddə yerləşən Hensies şəhərində Xocalı soyqırımı abidəsinin ucaldılması üçün danışıqlar aparılır

Belçika, Brüssel, 3 iyun /Trend, müxbir E.Hüseynli/

Belçikanın Fransa ilə sərhəddində yerləşən Hensies şəhərində Xocalı soyqırımı abidəsinin ucaldılmasına dair yerli bələdyyə ilə danışıqlar aparılır. Trend-in məlumatına görə, bunu "Belkad" Qarabağ Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Abbas Uçar Diasporla İş üzrə Dövlət Komitəsinin Brüsselə ezam olunmuş əməkdaşları və onları müşayiət edən bir neçə media qurumunun təmsilçisinin Belçikada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və türk icmasının fəal üzləri ilə görüşündə deyib.

Abbas Uçar rəhbərlik etdiyi təşkilatın sırf siyasi istiqamətdə fəaliyyət göstərdiyini və digər türk təşkilatları, həmçinin diaspor fəalları ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb.

Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının birgə fəaliyyət strategiyasının həyata keçirilməsi istiqamətində qarşıda duran vəzifələrdən danışıb. O, Benilüks ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının türk icmaları ilə əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini qeyd edib. N.Qurbanov deyib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, qondarma erməni soyqırımına qarşı effektiv mübarizədə, həmçinin digər ortaq maraq kəsb edən məsələlərdə yalnız türk xalqları diasporunun birgə fəaliyyəti ilə uğurlu nəticələr əldə etmək mümkündür.

Azərbaycanın problemlərini hər zaman özlərininki kimi qəbul etdiyini deyən Avropalı Türk Demokratlar Birliyinin təmsilçisi Ethem Kışlalı Belçikada azərbaycanlılardan daha əvvəl formalaşmış və dövlət qurumları ilə sıx əlaqəsi olan türk diasporunun Azərbaycan diasporuna dəstək göstərməyə hazır olduğunu deyib.

Ethem Kışlalı bildirib ki, Belçikanın bəzi bölgələrində ciddi seçici elektoratına çevrilən türklər bu imkanlarından istifadə edərək yerli senatda öz sözünü deyə bilər. Türk diaspor fəalı təklif edib ki, Azərbaycan həqiqətlərinin - ərazilərin işğal olunması, Xocalı soyqırımı, qaçqın və köçkünlərlə bağlı məsələlələrin Belçika senatının gündəliyinə salınması istiqamətində fəaliyyət göstərilsin.

Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi digər türk xalqlarının - xüsusilə uyğur, kərkük, kipr türklərinin diaspor təşkilatları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş layihələrdən danışıb. Son zamanlar qırğız, özbək təşkilatları ilə də əlaqələrin yarandığını bildirən Ayhan Dəmirçi deyib ki, cəmiyyətin əsas məqsədi Azərbaycanın və bütün Türk dünyasının təbliğində Belçikadakı bütün türkdilli xalqların diaspor qurumlarının mümkün qədər birliyinə nail olmaqdır.

Görüşün yekununda Dövlət Komitəsinin təmsilçisi N.Qurbanov bildirib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatıdırılması, ermənilərin qondarma soyqırım təbliğatına qarşı mübarizə və gələn Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları zamanı Azərbaycanın beynəlxalq aləmdə təbliğ olunması istiqamətində Azərbaycan və Türk təşkilatlarının birgə fəaliyyətinə dair bütün təkliflər təhlil olunaraq dəyərləndiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti