...

Gəncə 2015-ci ildə Avropa Gənclər Paytaxtları şəbəkəsinə sədrlik edəcək (FOTO)

Cəmiyyət Materials 4 İyun 2014 12:44 (UTC +04:00)
May ayının 28-31 tarixlərində 2013-cü il Avropa Gənclər Paytaxtı olmuş Sloveniyanın Maribor şəhərində Avropa Gənclər Paytaxtları Şəbəkəsinin rəsmi qeydiyyata alınmasına dair rəsmi görüş keçirilmişdir.
Gəncə 2015-ci ildə Avropa Gənclər Paytaxtları şəbəkəsinə sədrlik edəcək (FOTO)

Azərbaycan, Bakı, 4 iyun /Trend/

May ayının 28-31 tarixlərində 2013-cü il Avropa Gənclər Paytaxtı olmuş Sloveniyanın Maribor şəhərində Avropa Gənclər Paytaxtları Şəbəkəsinin rəsmi qeydiyyata alınmasına dair rəsmi görüş keçirilmişdir. Bu görüşdə indiyədək Avropa Gənclər Paytaxtı seçilmiş şəhərlərin rəsmi nümayəndələri qatılıb. 2016-cı ilin Avropa Gənclər Paytaxtı seçilmiş Gəncə şəhərini bu görüşdə "Gəncə Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin sədri Elmir Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Görüş zamanı şəbəkənin məqsəd və vəzifələri ilə bağlı məsələlər müzakirə edilmiş və həmçinin fəaliyyət planı hazırlanmışdır.

Elmir Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyyəti müxtəlif dövürlərdə Avropa Gənclər Paytaxtı olmuş İtaliyanın Turin, Portuqaliyanın Braqa, Yunanıstanın Soloniki, Rumınyanın Kluj-Napoka şəhərlərinin nümayəndələri ilə ayrı ayrılıqda görüşlər keçirmiş və 2016-cı il Gəncə Avropa Gənclər Paytaxtı çərçivəsində mümkün əməkdaşlıqlar müzakirə olunmuşdur.

Qeyd edək ki, səfər zamanı nümayəndə heyyəti eyni zamanda tədbirə ev sahibliyi edən Maribor şəhər adminstrasiyasının direktoru Larko Jula ilə də görüşmüş və Maribor Avropa Gənclər Paytaxtı 2013 və Gəncə Avropa Gənclər Paytaxtı 2016 mövzusunda təcrübə və fikir mübadiləsi aparmışdır.

Onu da bildirək ki 2015-ci ildə Avropa Gənclər Paytaxtları şəbəkəsinin sədrliyi Gəncə şəhərinə keçəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti