...

"Mercedes-Benz"dən Azərbaycanda daha bir möhtəşəm tədbir

Cəmiyyət Materials 10 İyun 2014 17:09 (UTC +04:00)
Azərbaycanda "Mercedes-Benz"in təşkil etdiyi biri-birindən möhtəşəm tədbirlər getdikcə artmaqdadır.
"Mercedes-Benz"dən Azərbaycanda daha bir möhtəşəm tədbir

Azərbaycanda "Mercedes-Benz"in təşkil etdiyi biri-birindən möhtəşəm tədbirlər getdikcə artmaqdadır.

İyunun 8-də "Jumeirah Bilgah Beach Hotel"də "Mercedes-Benz"in Azərbaycanda Baş nümayəndəliyi "Avtokapital-Azərbaycan" və minik avtomobilləri üzrə yeganə rəsmi dileri "AutoStar Kaukasus" şirkəti yeni mühərriklərlə təchiz edilən avtomobillərin test-sürüşünü (test-drive) təşkil edib.

Test - sürüş zamanı yeni mühərriklər ilə təchiz edilən ML 400, ML 300, E 400 və E 300 avtomobilləri sınaqdan keçirilmiş, həmçinin A-Class, S-Class və SLK modelləri ilə yaxından tanış olmaq imkanı yaradılmışdı. 50-yə qədər həvəskar sürücülük vəsiqəsini təqdim edərək avtomobilləri sürməyi səbirsizliklə gözləyirdi.

3.0 VƏ 3.5 LİTİRLİK TAM YENİ MÜHƏRRİKLƏR

İlk öncə "AutoStar Kaukasus" şirkətinin satış üzrə direktoru Ziya Mahmudov elan etdi ki, "Mercedes-Benz"in 333 at gücü hasil edən, 3.0 litr, bir turbo mühərrikləri tamamilə yenidir, ML 400 və E 400 modelləri bu mühərriklər ilə təchiz edilir. Yeni mühərrik hesabına Mercedes-Benz E-400 avtomobilində 0-100 sürətlənməsi 5,3 saniyəyə baş verir. Bu, 6 silindirli mühərrikin ən yüksək nəticələrindən biridir.

Ziya Mahmudov qeyd etdi ki, "AutoStar Kaukasus"un bazara yeni çıxartdığı ML 300 və E 300 modelləri də test-sürüşə təqdim olunur. Köhnə modellərdən fərqli olaraq yeni ML 300 və E 300 avtomobilləri 3.0 litr deyil, 252 at gücündə 3.5 litr mühərrik ilə təchiz edilir. Bu modellər indiyədək bir çox ölkələrdə təqdim olunmayıb, Azərbaycan modellərin satışına başlanıldığı ilk ölkələrdəndir.

KOMFORT, GÜC, YUMŞAQLIQ

Daha sonra test-sürüşə start verildi. Həvəskarlar avtomobillərin sükanları arxasına keçərək 10 dəqiqəlik sınağı yerinə yetridilər. Test - sürüşü başa vurmuş həvəskarlardan birinin təəssüratı belə idi: "Çox xoşuma gəldi. Komfort, güc və yumşaqlıq mükəmməldir".

Digər bir sürücü, "Çox yumşaqdır, yolda özünü əla göstərir, güclüdür, manevr qabiliyyəti yüksəkdir", - deyə bildirdi.

Tanınmış aparıcı İlkin Həsənli də test-sürüşə gələnlər arasında idi. O, avtomobilləri sürdükdən sonra "Mükəmməldir. Ətrafdan olan baxışları sözlə ifadə edə bilməyəcəyəm. Bunu sadəcə sürüb ətrafa nəzər salmaq lazımdır", - deyə bildirdi.

Həvəskarlardan bir çoxu avtomobillərlə yaxından maraqlandı. Test-sürüşdən sonra bir neçə müştəri ilə alqı-satqı üzrə ilkin razılıq əldə olundu.

YENİ MODELLƏR GƏLİR

Tədbirdə elan edildi ki, Mercedes-Benz'in Azərbaycanda Baş nümayəndəliyi "Avtokapital-Azərbaycan" və minik avtomobilləri üzrə yeganə rəsmi diler "AutoStar Kaukasus" şirkəti tezliklə iki yeni modelin - C-Class və GLA modelinin satışına başlayacaq.

Eyni zamanda qeyd olundu ki, yay aylarında test-sürüşün davam etdirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti