...

İlk buraxılış imtahanında IX sinif şagirdlərinin 12 faizi "Ana dili", 16 faizi "Riyaziyyat"dan "iki" alıb

Cəmiyyət Materials 11 İyun 2014 11:09 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyunun 8-də Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun orta ümumtəhsil müəssisələrinin 9 -сu sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanında 4808 şagird “Ana dili”, 6501 şagird isə “Riyaziyyat” fənnindən “iki” qiyməti alıb.
İlk buraxılış imtahanında IX sinif şagirdlərinin 12 faizi "Ana dili", 16 faizi "Riyaziyyat"dan "iki" alıb

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyunun 8-də Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun orta ümumtəhsil müəssisələrinin 9-сu sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanında 4808 şagird "Ana dili", 6501 şagird isə "Riyaziyyat" fənnindən "iki" qiyməti alıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, buraxılış imtahanında 39 731 nəfər IX sinif şagirdi iştirak edib. Onların 6728-i "Ana dili", 9052-si "Riyaziyyat" fənnindən "beş" qiyməti alıb. Şagirdlərin 11 057-si "Ana dili", 9393-ü "Riyaziyyat" fənnindən "dörd", 17 138-i "Ana dili", 14785-i "Riyaziyyat" fənnindən "üç" qiyməti alıb.

Ümumilikdə imtahan zamanı müxtəlif binalarda 23 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, mobil telefonla imtahan binasına keçməyə cəhd, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilib. Onların nəticələri ləğv olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti