...

Şirvanda əhali üçün pulsuz aksiya keçirilib (FOTO)

Cəmiyyət Materials 15 İyun 2014 14:03 (UTC +04:00)
Tibb işçilərinin peşə bayramı ərəfəsində -iyunun 13-14-də Respublika Diaqnostika Mərkəzinin (RDM) həkimləri Şirvan şəhərində sosial-ictimai aksiya keçiriblər.
Şirvanda əhali üçün pulsuz aksiya keçirilib (FOTO)

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir İ.İsabalayeva/

Tibb işçilərinin peşə bayramı ərəfəsində -iyunun 13-14-də Respublika Diaqnostika Mərkəzinin (RDM) həkimləri Şirvan şəhərində sosial-ictimai aksiya keçiriblər. Trend-in məlumatına görə, iyunun 13-də Şirvan şəhərindəki Mərkəzi Xəstəxanada həmin müəssisənin baş həkimi və RDM-in baş həkimi Rauf Ağayevin iştirakı ilə keçirilən konfransda xüsusi hazırlanmıs təqdimat vasitəsilə RDM-in işi ilə tanışlıq olub.

Konfransda RDM-in həkimləri- professor Әhməd Məmiş və həkim-ginekoloq İlahə Quliyeva iştirak edib. Onlar öz sahələrinə aid ən aktual problemlər, yeni müasir müalicə metodları barədə çıxış ediblər.

İyunun 14-də Şirvan Diaqnostika Mərkəzində Şirvan və ətraf rayonlarda (Hacıqabul, Salyan, Sabirabad) yaşayan əhaliyə konsultativ və müalicə-tibbi xidmət göstərilib. İyunun 14-də yalnız günortaya qədər ginekoloq, pediatr, otolarinqoloq, kardioloq, ürək-damar cərrahı, oftalmoloq, radioloqlar 300 xəstə üçün konsultasiya keçiriblər.
Vəziyyətləri daha ağır olan xəstələrin müalicələrini davam etdirməsi və konsultasiyası məqsədilə onlara Bakıya göndəriş verilib.

Qeyd edk ki, ölkənin ictimai-sosial fəaliyyətində aktiv iştirak edən RDM tərəfindən müayinə və konsultasiyalar pulsuz aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti