...

"Google"-un xəritəsində Azərbaycana qarşı növbəti təxribata yol verilib

Cəmiyyət Materials 19 İyun 2014 10:20 (UTC +04:00)
Beynəlxalq axtarış sistemi olan "Google"nin "Google maps" xəritəsində Azərbaycana qarşı daha bir təxribata yol verilib.
"Google"-un xəritəsində Azərbaycana qarşı növbəti təxribata yol verilib

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Beynəlxalq axtarış sistemi olan "Google"-un "Google maps" xəritəsində Azərbaycana qarşı daha bir təxribata yol verilib.

Trend AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən bildirir ki, iyunun 18-dən etibarən xəritədə Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan ərazilərinin adı erməni dilində "Dağlıq Qarabağ Respublikası"nın əraziləri kimi göstərilib: "AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi olaraq bildiririk ki, mərkəzimiz öz rəsmi saytında əksər ölkələrin seysmoloji təşkilatları kimi Google Maps-ın xəritəsindən istifadə edir. Beynəlxalq axtarış sistemi tərəfindən Azərbaycan Respublikasına və onun ərazilərinə qarşı bu cür təxribatların edilməsi bizi ciddi narahat edir və xəritədə ölkəmizə qarşı bu cür təxribat xarakterli dəyişikliklər edilməsi RSXM tərəfindən qəti şəkildə pislənir".

Məlumatda bildirilib ki, bu, "Google" tərəfindən edilən birinci təxribat deyil. Bundan əvvəl də belə hallar baş verib və mərkəzin təkidli müraciətlərindən sonra xəritədən Azərbaycan ərazilərinin erməni dilində göstərilməsi çıxarılmışdı: "Təəssüf hissi ilə bildirmək istəyirik ki, "Google" tərəfindən vaxtaşırı olaraq bu cür təxribatlara yol verilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti