...

Penitensiar müəssisələrdə saxlanılan bəzi şəxslər istintaqdan və məhkəmə qərarlarından şikayətçidirlər

Cəmiyyət Materials 4 İyul 2014 16:02 (UTC +04:00)
Bakı İstintaq təcridxanasına və Müalicə müəssisəsinə başçəkmələr həyata keçirilib.
Penitensiar müəssisələrdə saxlanılan bəzi şəxslər istintaqdan və məhkəmə qərarlarından şikayətçidirlər

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İlkin İzzət/

Bakı İstintaq təcridxanasına və Müalicə müəssisəsinə başçəkmələr həyata keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Aparatının əməkdaşları müraciətlərin araşdırılması, eyni zamanda, ombudsmanın nümayəndələri tərəfindən qəbul edilmələrini xahiş etmiş şəxslərlə görüşmək məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasına və Müalicə müəssisəsinə başçəkmələr həyata keçiriblər.

Qəbul edilmiş şəxslərlə aparılan konfidensial söhbət zamanı onlar saxlanılma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı hər hansı narazılıq etməyiblər.

Həmin şəxslərin bəziləri barələrində olan cinayət işi üzrə istintaqdan və ya məhkəmə qərarlarından narazılıqlarını bildirib, onlara bununla bağlı hüquqları və ombudsmanın səlahiyyətləri izah edilib, eyni zamanda, müvafiq hüquqi məsləhətlər verilib.

Müəssisə rəhbərliyinə saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti