...

DİN çimərliklərdə keçirilən reydlərin nəticələrini açıqladı (FOTO)

Cəmiyyət Materials 5 İyul 2014 12:40 (UTC +04:00)
Xəzər rayonu ərazisindəki çimərliklərdə aparılan yoxlamalar nəticəsində müəyyən olunub ki, sənaye və məişət tullantılarının daşınması qaydaları pozulub, tullantılar yandırılarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməyib. Aşkar edilən faktlarla bağlı 15 protokol tərtib edilib.
DİN çimərliklərdə keçirilən reydlərin nəticələrini açıqladı (FOTO)

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir İlkin İzzət/

Daxili İşlər Nazirliyi (DİN) Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə birgə çimərliklərdə keçirilən redylərin nəticələrini açıqlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi çimərlik mövsümünə start verildiyini nəzərə alaraq, ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamenti ilə birgə Bakı şəhəri və Abşeron yarımadasında yerləşən çimərliklərdə reydlərə başlayıb.

Yoxlamalar zamanı əsasən əhalinin sağlamlığı üçün ciddi təhlükələr törədən, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması, ətraf mühitə qanunsuz istehsalat və məişət tullantılarının atılması və yerləşdirilməsi hallarının aşkar edilməsi, eləcə də qarşısının alınması ilə bağlı çimərliklərdə araşdırmalar aparılıb. Reydlər zamanı çimərliklərdə istirahət edən şəxslərin təhlükəsizliyinin təmin edilməsi, onların həyat və sağlamlıqlarının qorunması üçün qabaqlayıcı tədbirlər həyata keçirilib.

Xəzər rayonu ərazisindəki çimərliklərdə aparılan yoxlamalar nəticəsində müəyyən olunub ki, sənaye və məişət tullantılarının daşınması qaydaları pozulub, tullantılar yandırılarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməyib. Aşkar edilən faktlarla bağlı 15 protokol tərtib edilib.

Reydlər zamanı, həmçinin paytaxtın Binəqədi, Qaradağ, Səbail, Xətai və Suraxanı rayonlarının, eyni zamanda, Sumqayıt şəhərinin ərazilərindəki bəzi çimərliklərdə çirkab suların axıdılması, məişət tullantılarının əraziyə atılması və antisanitariya şəraitinin yaradılması kimi neqativ hallar müəyyən edilib.

Ümumilikdə yoxlamalar zamanı İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə 38 inzibati protokol və 4 akt tərtib olunub, obyekt sahibləri, həmçinin aidiyyəti şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq ölçü götürülüb.

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin Ekologiya Nazirliyi ilə birgə təşkil etdiyi reydlər və müvafiq tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti