...

Köhnə vaqonlar Bakı Metropolitenində artıq yeni simada görünəcək (FOTO)

Cəmiyyət Materials 23 İyul 2014 10:02 (UTC +04:00)
Bundan əlavə, "Bakı Metropoliteni" QSC-nin yeni vaqonların alınmasına dair fransız şirkətləri ilə mövcud anlaşma memorandumu əsasında bununla bağlı yaxın zamanlarda müvafiq müqavilə də imzalanacaq.
Köhnə vaqonlar Bakı Metropolitenində artıq yeni simada görünəcək  (FOTO)

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir İlkin İzzət/

Köhnə vaqonlar Bakı Metropolitenində artıq yeni simada görünəcək. Bunu Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, artıq Bakı Metropolitenindəki köhnə vaqonların tam yenidən qurulmasına başlanılıb: "Bakı Metropoliteninin vaqon parkında 266 vaqon var. Hər bir vaqonun istismar müddəti olur. Bizdə istismar müddətini başa vurmuş vaqonlar yoxdur. Amma onlar mütəmadi olaraq cari və əsaslı təmirdən keçməlidir. Bu il hər birində 5 vaqon olmaqla 3 qatar tam modernizasiya olunub. Onlardan biri artıq sınaq yürüşündədir. Bir neçə gündən sonra tam istifadəyə veriləcək".

N.Paşayev qeyd edib ki, vaqonlar Rusiya vaqon təmiri zavodlarından birinin Tbilisidəki filialına göndərilir. Orada isə vaqonlar demək olar ki, tam yenilənir: "Orada köhnə vaqonların yalnız korpusu qalır, qalan bütün hissələri dəyişdirilərək tamamilə yenidən qurulur. Vaqonlar ən xırda detalınadək yenilənir. Kabellər, şuruplar, idarəetmə pultu, maşinist lövhəsi, lampalar, oturacaqlar, şüşələrinə qədər hər şey dəyişdirilir. Yəni demək olar ki, artıq tam yeni vaqon olur".

Bundan əlavə, "Bakı Metropoliteni" QSC-nin yeni vaqonların alınmasına dair fransız şirkətləri ilə mövcud anlaşma memorandumu əsasında bununla bağlı yaxın zamanlarda müvafiq müqavilə də imzalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti