...

Bakının Həsən Əliyev küçəsində avtomobillərin hərəkət sürəti artıb

Cəmiyyət Materials 23 İyul 2014 17:26 (UTC +04:00)
Akademik Həsən Əliyev küçəsində (Tbilisi prospekti istiqamətində) avtomobillərin hərəkət sürəti artıb.
Bakının Həsən Əliyev küçəsində avtomobillərin hərəkət sürəti artıb

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Akademik Həsən Əliyev küçəsində (Tbilisi prospekti istiqamətində) avtomobillərin hərəkət sürəti artıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, sürət artımı asfalt örtüyünün yenilənməsindən və Tbilisi dairəsində işıqforların vaxt rejiminin dəyişdirilməsindən sonra mümkün olub.

Sürət artımı mərkəzin video aşkarlayıcı kameraları vasitəsilə qeydə alınib.

2013-cü ilin iyul ayında Həsən Əliyev küçəsində maşınların günlük orta hərəkət sürəti 31,7 km/saat idisə, bu ilin iyul ayında bu göstərici 38,7 km/saat olub.

Sürət artımı günün pik saatlarında - saat 08:00-10:00 və 18:00-20:00 arasında da baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti