...

"Qaradağ rayon gənclərinin liderlik bacarıqlarının və könüllülük fəaliyyətinin inkişaf etdirilməsi" layihəsinə yekun vuruldu (FOTO)

Cəmiyyət Materials 4 Avqust 2014 15:50 (UTC +04:00)
04 avqust 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Qaradağ rayon gənclərinin liderlik bacarıqlarının və könüllülük fəaliyyətinin inkişaf etdirilməsi” layihəsinin yekunu ilə bağlı tədbir keçirildi.
"Qaradağ rayon gənclərinin liderlik bacarıqlarının və könüllülük fəaliyyətinin inkişaf etdirilməsi" layihəsinə yekun vuruldu (FOTO)

Azərbaycan, Bakı, 4 avqust /Trend/

04 avqust 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Qaradağ rayon gənclərinin liderlik bacarıqlarının və könüllülük fəaliyyətinin inkişaf etdirilməsi" layihəsinin yekunu ilə bağlı tədbir keçirildi.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri Elnur Qurbanov və Təranə İsmayılova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, "Yeni Nəsil" Gənclər İctimai Birliyinin sədri, layihə rəhbəri Asif Səlimov digər qonaqlar və rayon gəncləri iştirak edirdi.

İlk öncə tədbirə gələn qonaqlar ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edərək abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova bütün tədbir iştirakçılarını Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun adından salamladı. Qeyd etdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulun gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Bu gün gəncliyin innovativ potensialından geniş istifadə olunaraq cəmiyyətin maraqlarının təmin edilməsinə şərait yaradılır. Belə ki, hazırda istənilən sahədə gənclərin fəallığına rast gəlmək olar. Azərbaycanda həyata keçirilən gənclər siyasəti çox uğurlu bir modeldir və bu gün bu model öz bəhrəsini verir. İnkişaf etmiş ölkələrdə isə gənclər siyasəti pərakəndə formada həyata keçirilir. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb.

Daha sonra layihədə iştirak edən gənclər layihə ilə bağlı fikirlərini bölüşdülər. Dövlətimiz tərəfindən gənclərə göstərilən xüsusi diqqətdən razılıqlarını bildirərək onların hər birində yeni həvəsin yarandığını, ölkəmizin və rayonun ictimai-siyasi həyatında daha fəal və yaxından iştirak edəcəklərinin bildirdilər.

Tədbirin sonunda layihədə iştirak etmiş gənclərə sertifikatlar təqdim olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti