...

Gürcüstan DİN vətəndaşlarına Azərbaycanda "Avro 4"-ə dair tətbiq edilən məhdudiyyətlərlə bağlı xəbərdarlıq edib

Cəmiyyət Materials 6 Avqust 2014 12:33 (UTC +04:00)
Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) ölkə vətəndaşlarına Azərbaycanda avtomobillərin ölkəyə girişi zamanı tətbiq edilən yeni tənzimləmələr barədə xəbərdarlıq edib.
Gürcüstan DİN vətəndaşlarına Azərbaycanda "Avro 4"-ə dair tətbiq edilən məhdudiyyətlərlə bağlı xəbərdarlıq edib

Gürcüstan, Tbilisi, 6 avqust /Trend, müxbir Nana Kirsxaliya/

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) ölkə vətəndaşlarına Azərbaycanda avtomobillərin ölkəyə girişi zamanı tətbiq edilən yeni tənzimləmələr barədə xəbərdarlıq edib.

Trend-in məlumatına görə, Gürcüstan DİN-in çərşənbə günü yayılmış bəyanatında bildirilir ki, Azərbaycan "Avro 4" standartlarının tənzimlənməsinə keçir və 2004-cü ilədək istehsal edilmiş avtomobillərin ölkəyə girişini qadağan edir.

Qeyd edək ki, 16 avqust 2014-cü ildən etibarən "Avro-4" ekoloji standartlarının normalarına cavab verməyən avtonəqliyyat vasitələrinin (XİF MN-in 8703 və 8711 mal mövqelərinə aid edilən) müvəqqəti gətirilməsi zamanı sərhəd gömrük orqanları tərəfindən müvəqqəti gətirilmə prosedurunun gömrük rəsmiləşdirilməsi üçün təsdiqedici sənədlər tələb olunacaqdır.

Avtonəqliyyat vasitələrinin sahibləri tərəfindən müvəqqəti gətirilməyə dair təsdiqedici sənədlər təqdim edilmədikdə, məlumatların çatışmazlığı aşkar edildikdə və müvəqqəti gətirilmə proseduru ilə bağlı riskli hallar yarandıqda gömrük orqanları tərəfindən üçüncü şəxsin zaminliyi və ya müvəqqəti gətirilmə proseduru üçün maliyyə təminatı və ya Azərbaycan Respublikası Gömrük Məcəlləsi ilə müəyyən edilmiş digər təminat üsulları tələb olunacaqdır.

Məlumatda deyilir ki, son zamanlar fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və "Avro-4" ekoloji standartlarının normalarına cavab verməyən avtonəqliyyat vasitələrinin (Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasının (XİF MN) 8703 və 8711 mal mövqelərinə aid edilən) geri qaytarılma müddətlərinə riayət edilməməsi hallarının artması ilə əlaqədar DGK tərəfindən gömrük qanunvericiliyinin tələblərinin təmin olunmasına dair müvafiq tədbirlər həyata keçirilib.

Azərbaycan "Avro-4" ekoloji standartına 2014-cü il aprelin 1-dən keçib. "Avro-4" ekoloji standartına uyğun gəlməyən avtomobillərin Azərbaycana gətirilməsinə qadağanın tətbiqi ilk növbədə ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə görülən tədbirlərlə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti