Azərbaycan, Bakı, 15 avqust /Trend/
Azərbaycanda istehlak bazarında qiymətlərin monitorinqi davam etdirilir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında qiymətlərin monitorinqini davam etdirir.
Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı istehlak bazarında malların qiymətlərində heç bir artım qeydə alınmayıb.