...

Trend İnformasiya Agentliyi İngilis xəbərlər xidmətinin yeni saytını təqdim edib

Cəmiyyət Materials 28 Avqust 2014 09:00
Bu gün Trend İnformasiya Agentliyi özünün İngilis xəbərlər xidmətinin yeni saytını (http://en.trend.az/) təqdim edib. Xəbərlər iyerarxiyası yenidən xeyli işlənib, saytın yenilənmiş dizaynı və iş sürəti qərb KİV-lərindəki bütün müasir trendlərə uyğundur
Trend İnformasiya Agentliyi İngilis xəbərlər xidmətinin yeni saytını təqdim edib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 20 avqust /Trend/

Bu gün Trend İnformasiya Agentliyi özünün İngilis xəbərlər xidmətinin yeni saytını (http://en.trend.az/) təqdim edib. Xəbərlər iyerarxiyası yenidən xeyli işlənib, saytın yenilənmiş dizaynı və iş sürəti qərb KİV-lərindəki bütün müasir trendlərə uyğundur.

Yeni ingilisdilli saytın fərqləndirici xüsusiyyəti istənilən qurğuda - kompüter, noutbuk, planşet, smartfon və internetə çıxışı olan televizorun ekranında xəbərlər və fotoların əks olunmasını təmin edən veb dizayndır.

Trend-in PR direktoru Cəmilə Məmmədova deyib ki, yeni ingilisdilli sayt müasir dizayn və səhifədə xəbərlərin səmərəli yerləşdirilməsini aktiv şəkildə birləşdirir: "Biz məqalələri sayta elə yerləşdirməyə çalışdıq ki, oxucu qısa müddətdə maraqlandığı mövzu haqqında daha çox məlumat ala bilsin".

Rahat axtarış və Trend-in pullu xəbərlərinin mənimsənilməsi üçün İngilis xəbərlər xidmətinin yeni saytında əsas səhifədə ayrıca kateqoriya ayrılıb. Xəbərləri həmişəki kimi plastik kartlar və mobil telefon daxil olmaqla, onlayn qaydada istənilən əlverişli üsulla almaq mümkündür. Pullu xəbərə daxil olarkən sistemimiz Sizdən qeydiyyatdan keçməyi və ya bunu artıq etmisinizsə, alışı həyata keçirməyin mümkün olduğu "Şəxsi kabinet"ə daxil olmağınızı xahiş edəcək.

Trend-in inkişaf üzrə direktoru Vaqif Şərifov bildirib ki, bir çox həll təqdim edilib: "Komandamız alışların mexanizmini yenidən unikal qaydada işləyib. Bu mexanizm indi daha rahat və intuitiv anlaşılan olub. "Şəxsi kabinet"ə bir çox dəyişikliklər etdik. Xəbərlərin alınmasının 1 dəqiqədən çox vaxt aparmaması üçün çalışdıq".

Onun sözlərinə görə, yaxın vaxtlarda Trend-in Azərbaycan və Rus xəbərlər xidmətlərinin saytlarını da yeni səviyyəyə çıxartmaq planlaşdırılır: "Analoji işlər agentliyin fotoxidmətində də aparılacaq".

Trend özəl informasiya agentliyi 1995-ci ildə yaradılıb. Agentlik Cənubi Qafqaz, Xəzər regionu və Mərkəzi Asiyada qabaqcıl xəbər tədarükçülərindən biridir.

Trend Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv seçilib, Azərbaycanda "KİV sahəsində ən yaxşı şirkət" adlandırılıb, "İlin eksklüziv informasiya agentliyi" nominasiyasında milli mükafatla təltif edilib. Avrasiya Televiziya və Radio Akedemiyası RİA-Novosti agentliyi ilə birlikdə Trend-i Avrasiyada ən dinamik işkişaf edən resurs adlandırıb.

Trend-in müxbirləri Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan, Özbəkistan, həmçinin Avropanın bir sıra ölkələrində çalışırlar. Trend gün ərzində Azərbaycan, ingilis, rus, ərəb və fars dillərində təqribən 500 xəbər yayımlayır. Trend-in xəbərlər xidmətləri biznes xəbərlərinin buraxılmasına, regionda siyasi, iqtisadi, neft-qaz hadisələrini işıqlandıran yüksək keyfiyyətli analitik materiallara cəmləşib.

Agentliyin ən populyar informasiya məhsulları tam funksiyalı "Trend InfoService", Trend Reports" - biznes, siyasət, neft-qaz haqqında gündəlik Xəzər xəbərlərin elektron göndərişi, "Caspian Oil & Gas Trends" - regionda neft-qaz resursları haqqında ixtisaslaşdırılmış nəşri, "Azerbaijan Business Monitoring" həftəliyi və aylığı, Azerbaijan Energy Projects Review" rüblüyü, həmçinin "Azerbaijan Monthly Banking Analytics" və "Iran Review"dur.

Trend-in müştəriləri dövlət strukturları, dünyanın iri kommersiya və maliyyə şirkətləri, KİV, analitik mərkəzlər, səfirliklər, banklar və sığorta şirkətləridir.

Xəbər lenti

Xəbər lenti