...

ETSN Cəlilabad və Qubada meşə massivində baş vermiş yanğınlarla bağlı rəsmi məlumat yayıb

Cəmiyyət Materials 30 Avqust 2014 10:50 (UTC +04:00)
Cəlilabad və Qubada meşə massivlərində baş vermiş yanğınlar söndürülüb.
ETSN Cəlilabad və Qubada meşə massivində baş vermiş yanğınlarla bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir İlkin İzzət/

Cəlilabad və Qubada meşə massivlərində baş vermiş yanğınlar söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 29-da saat 16 radələrində Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Cəlilabad meşəbəyliyinin 8 saylı dolayında yanğın hadisəsi baş verib.

Naməlum səbəblərdən baş verən yanğın dərhal əraziyə cəlb olunmuş Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının birgə səyləri nəticəsində saat 20 radələrində söndürülüb.

Yanğın nəticəsində 1 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib.

Eyni zamanda, 29 avqust 2014-cü il tarixində saat 19 radələrində Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vəlvələ meşəbəyliyinin 1-ci dolayında da yanğın hadisəsi baş verib. Yanğının qarşısının alınması üçün dərhal ETSN-nin yerli qurumlarının və FHN-nin Yanğından Mühafizə İdarəsinin əməkdaşları əraziyə cəlb olunub. Yanğın qısa zamanda lokallaşdırılaraq saat 22 radələrində tam olaraq söndürülüb. Nəticədə 2,7 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınların səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti