...

Cəzaçəkmə müəssisələrində Qurban bayramı (FOTO)

Cəmiyyət Materials 4 Oktyabr 2014 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda cəzaçəkmə müəssisələrində Qurban bayramı qeyd olunub.

Trend xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2, 6, və 17 saylı cəzaçəkmə müəssisələrində Qurban Bayramı münasibəti ilə bayram tədbirləri keçirilib.

Tədbirlər çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar, konsert proqramları və bayram süfrələri təşkil olunub.

Penitensiar xidmətin Baş idarəsinin məsul əməkdaşları və kütləvi informasiya vasitələrinin nümayəndələri bayram tədbirlərində iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti