...

Azərbaycanda üçəm uşağı doğulan ailələrə dövlət tərəfindən mənzillər verilə bilər

Cəmiyyət Materials 10 Oktyabr 2014 10:03 (UTC +04:00)
Azərbaycanda üçəm uşaqları doğulan ailələr üçün dövlət tərəfindən kompleks tədbirlərin həyata keçirilməsi təklif edilir.
Azərbaycanda üçəm uşağı doğulan ailələrə dövlət tərəfindən mənzillər verilə bilər

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda üçəm uşaqları doğulan ailələr üçün dövlət tərəfindən kompleks tədbirlərin həyata keçirilməsi təklif edilir.

Azərbaycan hökumətindən Trend-ə verilən məlumata görə, bu, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq yeni hazırlanan "Azərbaycan Ailəsi Strategiyası"nın layihəsindəki təkliflərdən biridir.

Layihədə ailəsində uşağı olan və üçəm uşaqları da doğulan ailələr üçün dövlət tərəfindən mənzillərin verilməsi təklif edilir.

Hazırda ailəsində uşağı olan və üçəm uşaqları doğulan ailələr üçün müəyyən tədbirlər görülsə də, belə ailələr üçün dövlət dəstəyinin daha da gücləndirilməsi təklif edilir.

Artıq strategiya layihəsinin işçi qrup səviyyəsində ilk müzakirəsi keçirilib. Sənəd daha da təkmilləşdirildikdən sonra rəy alınması üçün digər dövlət qurumlarına göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti