...

Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi qəbul elan edir

Cəmiyyət Materials 4 Noyabr 2014 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi Nazirlər Kabinetinin 15 avqust 2014-cü il tarixli 253 №-li sərəncamına uyğun olaraq, 2014-cü il üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qəbul həm doktorantura, həm də dissertantura üzrə hər biri əyani və 1 yerdən ibarət olmaqla "Müəssisələrin təşkili və idarə olunması", "Sahə iqtisadiyyatı", "Demoqrafiya" və "Ekonometriya" ixtisasları üzrə aparılır.

Doktorantura və dissertanturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.

Doktoranturada təhsil müddəti əyani 3 il, qiyabi 4 il, dissertantura yolu ilə 4 ildir. Doktoranturaya qəbul olunmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən qəbul imtahanları verməlidirlər. Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturada təhsil ödənişsiz əsaslarla aparılır.

Qəbul olunmaq üçün tələb edilən sənədlər bunlardır: Mərkəzin direktorunun adına ərizə, kadrların şəxsiyyət və qeydiyyat vərəqi, tərcümeyi-hal, 2 ədəd foto şəkil (3x4 sm ölçüdə), çap olunmuş elmi əsərlərin siyahısı, yaxud referat, iş yerindən xasiyyətnamə (işləyənlər üçün), əmək kitabçasından çıxarış (iş stajı olanlar üçün), ali təhsil haqqında diplomun surəti və diploma əlavə, şəxsiyyəti təsdiq edən sənədin surəti. Diplomun əsli və şəxsiyyət vəsiqəsi şəxsən təqdim edilməlidir.

Sənədlər 15 noyabr 2014-cü il tarixədək ƏƏSMN-in Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin Kadrlar şöbəsinə təqdim olunmalıdır. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə 44. Əlaqə telefonları: (012) 563-11-45, (012) 563-15-01, (012) 563-08-47

Məqalədə:
Xəbər lenti

Xəbər lenti