...

Gəncədə 8 məzunu şəhid olan orta məktəb (FOTO)

Cəmiyyət Materials 7 Noyabr 2014 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Bu gün Gəncə şəhərinin Şeyxzamanlı qəsəbəsində yerləşən M.Şəhriyar adına 40 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı olub. 420 şagird üçün nəzərdə tutulmuş məktəb 1962-ci ildən fəaliyyət göstərir. İnşa edildiyi gündən təmir edilməmişdi. 2014-cü ilin may-noyabr aylarında əsaslı təmir olunub, müasir avadanlıqlarla təchiz edilərək şagirdlərin ixtiyarına verilib.

Tədbiri giriş sözu ilə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva açaraq, respublikanın hər yerində olduğu kimi, Gəncədə də orta məktəb binalarının yüksək standartlara uyğun yenidən qurulması və lazımi avadanlıqlarla təchiz edilməsindən, dövlətin təhsil sahəsinə diqqət və qayğısından danışıb. Sonra məktəbin direktoru İradə Səfərova, məktəbin tarix müəllimi Gülarə Hüseynova, Azərbaycan Texnologiya Universitetinin müəllimi, məktəb valideyn şurasının sədri Bayram Bağırov, 8-ci sinif şagirdi Jalə Veysova çıxış ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev məktəbin açılışı münasibətilə müəllim və şagird kollektivini təbrik edib, məktəbin təmir və bərpa işlərində xüsusilə fərqlənən işçilərə Fəxri fərman və hədiyyələr təqdim edib.

İcra başçısı məktəbin rəmzi açılışını bildirən qırmızı lenti kəsib. Sonra məktəbin ən müasir səviyyədə qurulmuş sinif otaqları, fənn kabinetləri ilə tanış olub.

Sonda məktəbin fəal şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Qeyd edək ki, məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 46 pedaqoq məşğul olur. Məktəbin tarixində 2 nəfər məzun "qızıl medal"a, 2 nəfər isə Prezident təqaüdünə layiq görülüb. 8 nəfər məzun Azərbaycan Respublikası ərazisinin müdafiəsi uğrunda şəhid olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti