...

Sumqayıtda mədrəsə kimi istifadə olunan silah-sursatla dolu yeraltı tikili tapılıb

Cəmiyyət Materials 13 Noyabr 2014 18:27 (UTC +04:00)
Sumqayıtda mədrəsə kimi istifadə olunan silah-sursatla dolu yeraltı tikili tapılıb.
Sumqayıtda mədrəsə kimi istifadə olunan silah-sursatla dolu yeraltı tikili tapılıb

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Sumqayıtda mədrəsə kimi istifadə olunan silah-sursatla dolu yeraltı tikili tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Zöhrab Şıxəliyev saxlanılıb. Onun üzərinə baxış zamanı sandıqçasında 3 patronu olan "Valter" markalı tapança aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq Z.Şıxəliyevin Corat qəsəbəsində yaşadığı evə baxış zamanı isə həyətdə qanunsuz inşa edilmiş məscid və mədrəsə kimi istifadə olunan yeraltı tikili aşkar olunub. Orada və evində aparılan axtarış zamanı isə 3 ədəd qumbara, 48 müxtəlif çaplı patron, 6 ədəd partladıcı detonator, 2 ədəd təhlükəsizlik kamerasının yaddaş qurğusu, habelə yayılması qanunla qadağan edilmiş 500 ədəd dini ədəbiyyat və 210 ədəd disk tapılaraq götürülüb.

Trend-in əldə etdiyi məlumata görə, Z.Şıxəliyev Sumqayıt "vəhabi"lərinin lideri kimi tanınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti