...

Bakıda daha bir yolda hərəkət məhdudlaşdırıldı

Cəmiyyət Materials 27 Noyabr 2014 15:10 (UTC +04:00)
Bakıda tərmirlə əlaqədar daha bir yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Bakıda daha bir yolda hərəkət məhdudlaşdırıldı

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda tərmirlə əlaqədar daha bir yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, Abdulvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsindən Ziya Bünyadov prospekti istiqamətində Kənar yolda aparılan təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Sürücülərə alternativ olaraq Rövşən Cəfərov və Cavadxan küçələrindən istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti