...

Әbülfəs Qarayev: Lavaşın Ermənistana məxsus olmasından söhbət gedə bilməz

Cəmiyyət Materials 2 Dekabr 2014 13:23 (UTC +04:00)
"Reallıq odur ki, bu gün lavaş Ermənistanda bişirilir. Amma lavaş həm də Azərbaycanda və Türkiyədə bişirilir. Onun hər hansı millətə məxsus olması barədə söhbət gedə bilməz".
Әbülfəs Qarayev: Lavaşın Ermənistana məxsus olmasından söhbət gedə bilməz

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

"Reallıq odur ki, bu gün lavaş Ermənistanda bişirilir. Amma lavaş həm də Azərbaycanda və Türkiyədə bişirilir. Onun hər hansı millətə məxsus olması barədə söhbət gedə bilməz". Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Lavaşın bizim regionumuza məxsus olduğunu deyən nazir qeyd edib ki, YUNESKO-da baxılması üçün Ermənistan tərəfindən təqdim edilən sənəddə lavaş erməni çörəyi kimi qələmə verilib: "Lakin bu məsələ ilə bağlı həqiqət öz yerini tapıb. YUNESKO-nun bununla bağlı verdiyi qərara görə, lavaş bütün regionda hazırlanır və bu element ermənilərin eksklüziv çörəyi deyil".

Ә.Qarayev Azərbaycan mətbuatında bu məsələ ilə bağlı dərc edilən bəzi yazılara görə təəssüfləndiyini də söyləyib. O qeyd edib ki, belə yazılar düşmənlərimizin sevincinə səbəb oldu. Bu da çox təəssüfləndirici haldır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti