...

Su kəmərindəki qəza ilə əlaqədar Bakının böyük bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək

Cəmiyyət Materials 8 Dekabr 2014 10:32 (UTC +04:00)
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Su kəmərindəki qəza ilə əlaqədar Bakının böyük bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək

Azərbaycan, Bakı, 8 dekabr /Trend/

Su kəmərindəki qəza ilə əlaqədar Bakının böyük bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək.

"Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, II Bakı su kəmərinin Binəqədi rayonu Rəsulzadə qəsəbəsi ərazisindən keçən hissəsində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Bakı şəhəri Heydər Əliyev, Azadlıq, Bülbül, Ziya Bünyadov, Nobel, Babək prospektlərinin, S.Vurğun, S.Rüstəm, İ.Nəbiyev, R.Behbudov, Füzuli, Əliyar Əliyev, Kazımağa Kərimov, Aşıq Qurban küçələrinin, Yeni Günəşli, Keşlə və NZS qəsəbələrinin bəzi hissələrinə, "Azərneftyağ" neft emalı zavoduna, Ə.Bayramzadə adına 1 saylı İstilik Elektrik Mərkəzinə içməli su 08-09 dekabr 2014-cü il tarixlərində məhdudiyyətlə veriləcəkdir.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti