...

Mədəniyyət və Turizm Nazirliyində yeni təyinat

Cəmiyyət Materials 7 Yanvar 2015 11:53 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyində ictimaiyyətlə əlaqələri, mətbuatla işi daha da səmərəli təşkil etmək məqsədilə nazirliyin Kollegiyasının qərarı ilə yeni İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsi yaradılıb.
Mədəniyyət və Turizm Nazirliyində yeni təyinat

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Mədəniyyət və Turizm Nazirliyində ictimaiyyətlə əlaqələri, mətbuatla işi daha da səmərəli təşkil etmək məqsədilə nazirliyin Kollegiyasının qərarı ilə yeni İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsi yaradılıb.

Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, şöbənin tərkibinə İnformasiya, elektron media və resurslarla iş, İctimaiyyətlə əlaqələr və mətbuatla iş və Qeyri-hökumət təşkilatları ilə iş sektorları daxildir. Mədəniyyət və turizm nazirinin əmrinə əsasən nazirliyin Turizm şöbəsinin Təbliğat sektorunun müdiri Şixəmmədov Vüqar Nurməmməd oğlu yeni şöbəyə müdir təyin edilib.

Yeni şöbənin yaradılması nazirlikdə bu sahədəki işlərin mərkəzləşməsinə, hal-hazırda çox aktual olan Qeyri-hökumət təşkilatları ilə əlaqələrin daha da yaxşılaşdırılmasına, mətbuat xidmətinin imkanlarının genişlənməsinə, informasiya resurslarının artırılmasına və səmərəli çalışmasına, nazirliyin respublikanın mədəni və ictimai həyatına daha da yaxından cəlb olunmasına imkan yaradacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti