...

Azərbaycanda ötən ilin "yol epidemiyası": 1124 ölü, 2676 yaralı

Cəmiyyət Materials 8 Yanvar 2015 10:30 (UTC +04:00)
2014-cü ildə Azərbaycan yollarında baş verən qəzalar zamanı 1124 nəfər ölüb.
Azərbaycanda ötən ilin "yol epidemiyası": 1124 ölü, 2676 yaralı

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir İlkin İzzət/

2014-cü ildə Azərbaycan yollarında baş verən qəzalar zamanı 1124 nəfər ölüb. Bunu Trend-ə Daxili İşlər Nazirlyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Şöbə rəisi qeyd edib ki, ötən il ərzində ölkə ərazisində 2635 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticəsində 1124 nəfər ölüb, 2676 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onun sözlərinə görə, 2013-cü illə müqayisədə hadisələrin sayı 211 fakt, ölənlərin sayı 40, yaralananların sayı isə 272 nəfər azalıb.

K.Əliyev sürücüləri bir daha yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti