...

Bakıda yolu düzgün keçməyən ana və qızı son anda təhlükədən qurtuldu (VİDEO)

Cəmiyyət Materials 19 Yanvar 2015 16:19 (UTC +04:00)
Bakıda yol hərəkəti qaydalarını pozaraq yolu düzgün keçməyən ana və qızı son anda avtomobilin altına düşməkdən canlarını qurtarıblar.
Bakıda yolu düzgün keçməyən ana və qızı son anda təhlükədən qurtuldu (VİDEO)

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda yol hərəkəti qaydalarını pozaraq yolu düzgün keçməyən ana və qızı son anda avtomobilin altına düşməkdən canlarını qurtarıblar.

Trend xəbər verir ki, axşam saatlarında paytaxtın Atatürk prospektində yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçmək istəyən ana və onun əlindən tutduğu qızı son anda avtomobil tərəfindən vurulmaqdan yayına bilib və geri qayıdıblar.

Trend-in təqdim eyditi videokadrlardan da göründüyü kimi, ana-balanın keçmək istədiyi yerdən cəmi bir neçə metr uzaqda piyada zolağı yerləşir. Buna baxmayaraq, vaxta və yola qənaət etmək istəyən ana özünün və övladının həyatını düşünmədən az qala bunun əvəzini özünün və qızının həyatı ilə verəcəkdi.

Trend həmin hadisənin videogörüntüsünü təqdim edərək bir daha piyadaları və sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.

Qeyd edək ki, ötən il Bakıda baş vermiş yol qəzalarında ölən 313 nəfərdən 221-i kişi, 76-sı qadın, 16-sı uşaq, xəsarət almış 894 nəfərdən isə 570-i kişi, 258-i qadın, 66-sı uşaq olub. Paytaxtda qeydə alınan qəzaların yarıdan çoxu (51,6% və ya 465 hadisə) məhz piyadaların vurulması ilə bağlı olub. Nəticədə 153 nəfər (48,9%) ölüb, 343 nəfər (38,4%) xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti