...

Çinlilər həbsxanalardakı iş təcrübəmizi öyrənir (FOTO)

Cəmiyyət Materials 27 Yanvar 2015 17:52 (UTC +04:00)
Çin həbsxanalarda vərəmlə mübarizə sahəsində Azərbaycanın təcrübəsini öyrənir.
Çinlilər həbsxanalardakı iş təcrübəmizi öyrənir (FOTO)

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İlkin İzzət/

Çin həbsxanalarda vərəmlə mübarizə sahəsində Azərbaycanın təcrübəsini öyrənir.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Çin Xalq Respublikası (ÇXR) Ədliyyə Nazirliyinin, Çin Xalq Respublikasının Xəstəliklərin qarşısının alınması və Nəzarət üzrə Milli Mərkəzinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Pekindəki nümayəndəliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti penitensiar müəssisələrdə vərəmlə mübarizə sahəsində Azərbaycanın qabaqcıl təcrübəsi ilə tanış olmaq məqsədi ilə ölkəmizə rəsmi səfərə gəlib.

Yanvarın 27-də ÇXR-in nümayəndə heyəti Penitensiar Xidmətin rəhbərliyi tərəfindən qəbul edilib.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev qonaqları salamlayaraq, Azərbaycan və ÇXR Ədliyyə nazirlikləri arasında səmərəli əməkdaşlığın formalaşdığını vurğulayıb. O, Azərbaycanın keçdiyi müstəqillik yolu, ölkəmizdə son illərdə penitensiar sistemdə görülmüş işlər, habelə cəzaların icrasının təşkili ilə bağlı həyata keçirilmiş tədbirlər, əldə olunmuş müsbət nəticələr və həllini gözləyən problemlər barədə ətraflı məlumat verib, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülmüş işlər barədə qonaqları məlumatlandırıb.

Çin nümayəndə heyətinin rəhbəri, ÇXR Ədliyyə Nazirliyinin Həbsxana Administrasiyası bürosunun məsul əməkdaşı He Pinq qəbula görə nümayəndə heyəti adından minnətdarlığını bildirərək səfərin əsas məqsədləri haqqında məlumat verib, beynəlxalq əmədaşlığın, region ölkələri ilə təcrübə mübadiləsinin xüsusi əhəmiyyətini vurğulayıb.

Səfər proqramı çərçivəsində Çin nümayəndə heyətinın Bakı İstintaq təcridxanasına, 16 saylı cəzaçəkmə müəssisəsinə və İxtisaslaşdırılmış müalicə müəssisəsinə baş çəkməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti