Yuli Qusman: “Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu olmasaydı, bu film yaranmazdı”

Yuli Qusman: “Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu olmasaydı, bu film yaranmazdı”

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Rusiyada çıxan "Novıye izvestiya" qəzetində Azərbaycanın və Rusiyanın tanınmış rejissoru Yuli Qusmanın jurnalist Vesta Borovikovaya müsahibəsi dərc edilib.

Trend-in məlumatına görə, Y.Qusman bu müsahibədə "Qorxma, mən səninləyəm! 1919" filminin çəkilişlərindən söhbət açaraq deyib: "Mən çox istəyirdim ki, bizim çəkiliş apardığımız bu dörd ay ərzində Bakıya gələnlərin hamısı (oraya Rusiyadan yüzə yaxın ən yaxşı kinematoqrafçı gəlmişdi) Polad Bülbüloğlunun vətənində özlərini xoşbəxt hiss etsinlər. İstəyirdim ki, indi həyatımızda bu qədər qıt olan bayram ab-havası yaransın. Bizim depressiyaya məruz qalmağımız üçün səbəb çoxdur. Ardı-arası kəsilmədən müharibələr gedir, dolların məzənnəsi tez-tez dəyişir. Mən bütün bunların fonunda sanki unudulmuş xeyirxahlıq, düzlük, sevgi, xalqlar dostluğu və ədalət anlayışları haqqında kino çəkmək istəyirdim. Bu sözlər mənim həyatımda çox böyük əhəmiyyət kəsb edir. Axı biz bu ruhda tərbiyə olunmuşuq ki, bu gözəl ölkədə hamımız birlikdə dost kimi yaşayırıq. Bu gün isə bu gözəl ölkədə hamımız bir-birimizlə dalaşırıq. Mənim filmimin əsas qayəsi belə idi - bütün bunları nizamlamağa çalışmaq. Mən özümü "puritan və sağlam həyat tərzinin təbliğatçısı" kimi göstərmək istəmirəm, lakin istəyirəm ki, mənə inansınlar: filmimin əsas hərəkətverici qüvvəsi bunu xatırlatmaq arzusu olub ki, biz nə qədər müxtəlif olsaq da, dostluq edə bilirik".

Rejissor xüsusi vurğulayıb ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu olmasaydı, sadəcə, bu film olmazdı.

Y.Qusman deyib: "Ümumiyyətlə, bu layihə Rusiya ilə müştərək nəhəng layihə kimi başlandı. Lakin sonra Rusiya bu layihədən çıxdı. Məni bir fakt çox heyrətləndirir ki, keçmiş müttəfiq respublikaların yaxınlaşması, inkişafı və onların qarşılıqlı əlaqələrinin bərpası ilə məşğul olan təşkilatların çoxsaylı olmasına baxmayaraq, bu prosesdə səfehlik, demaqoqluq və israfçılıq var... Biz bu filmi spekulyativ niyyətlə çəkməmişik. Amma hər halda düşünürdüm ki, bizi medallar, ordenlər və "Lenin mükafatları" gözləyir. Əslində isə nəinki bunlar, ümumiyyətlə gözlədiklərimizin heç biri olmadı. Pul bizim fövqəladə əhəmiyyətli saydığımız məsələlərdən daha vacib oldu. Sovet hakimiyyəti dövründə də oğurlayırdılar, lakin bundan başqa bir iş də görməyə çalışırdılar. İndi isə yox. Mənə elə gəlir ki, biz özümüz içərisində yaşadığımız evi dağıdırıq. Halbuki onu məhv etmək əvəzinə yenidən qurmaq olar".

Rejissor daha sonra vurğulayıb ki, bu filmdə çəkilmiş məşhur rusiyalı aktyorların təşəbbüskarlığı, xeyirxahlığı və insaniyyəti onu heyrətləndirib. Y.Qusman deyib: "Dmitri Bıkov, Mixail Yefremov, daha kimlər gəldilər... Bu adamlar filmdə pul qazanmaq üçün yox, ideya xatirinə çəkildilər. Bu, vaxtı ilə mənim komsomol gəncliyim dövründəki artellərə oxşar, həmfikirlər komandası idi. O dövr təşəbbüskarların dövrü idi. Belə adamlar indi də var və yerlərdə bəzən bunu dəstəkləyirlər. Bilirsinizmi, ümumiyyətlə mənə elə gəlir ki, Sovet hakimiyyətinin dağılması ilə biz "çirkli su ilə bərabər, uşağı da tullamışıq". Bu barədə düşünməyə dəyər. Biz uşaqlar üçün istirahət düşərgələrini, pulsuz tibbi xidməti ləğv etmişik... Düzdür, həmin tibbi xidmət miskin idi, aşağı səviyyədə idi, amma var idi. Bu barədə düşünməyə dəyər".

Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının onlayn Zirvə toplantısında çıxış edib
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının onlayn Zirvə toplantısında çıxış edib
Ermənistan minalanmış ərazilərin xəritəsini gizlətməklə sülhə mane olur - Deputat
Ermənistan minalanmış ərazilərin xəritəsini gizlətməklə sülhə mane olur - Deputat
Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları
Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları
Loading Bars
Xəbər lenti
Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlandı
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının onlayn Zirvə toplantısında çıxış edib
Ombudsman Səbinə Əliyeva Avropa Ombudsman İnstitutuna açıq etiraz məktubu ünvanlayıb
Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları dəyişdi
Yasamalda on min manatlıq mobil telefon oğurlandı (FOTOVİDEO)
Ermənistan minalanmış ərazilərin xəritəsini gizlətməklə sülhə mane olur - Deputat
Yaponiyanın səfiri Gəncədə rəsmi səfərdədir (FOTO)
Avropada koronavirusa yoluxma halları artıb - ÜST
Aİİ Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Səmavi dinlərdə ailə və qadın” adlı vebinar keçirilib (FOTO)
“AccessBank” tender elan edir
Ağsuda Vətən müharibəsinin 20 şəhid və qazi ailəsinə baş çəkilib
Ölkənin ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bankı məlum olub!
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim edildi (FOTO)
Dövlət Gömrük Komitəsi hesabat verib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycan həqiqətləri dünya mediasında (FOTO)
İsmayıllıda karantin qaydalarını pozan çay evi aşkarlanıb
Şəhid olmağı düşünürdük, qazi olaraq geri qayıtdıq - Zamir Qədimov
Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları
Azərbaycana 400 min dozadan çox "AstraZeneca" vaksini ayrılıb
BTQ Özbəkistandan Azərbaycana 17 konteyner çatdıracaq
Mingəçevir Dövlət Universitetində maliyyə savadlılığının artırılmasına dair nəzəri-praktik seminar keçirilib (FOTO)
Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik - Ərdoğan
BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub (FOTO)
Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından magistratura imtahanlarında yüksək nəticə
YAŞAT Fondu 4 261 qazini və şəhid ailəsi üzvünü öhdəliyə götürüb
Ukraynada koronavirus pandemiyasının üçüncü dalğası başlayıb
Şamaxıda 7 evdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Əfv komissiyasının iclası keçirilir
Bakıda yeni zavod istifadəyə veriləcək
Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından Magistratura imtahanlarında yüksək nəticə
AzMİU-da azad olunmuş ərazilərdə mühəndis infrastrukturunun yenidən qurulması müzakirə olunacaq
İranda sutka ərzində 8,4 min nəfər koronavirusa yoluxub, 78 nəfər ölüb
Alman şirkətləri Azərbaycan dəmir yollarına investisiya yatırımında maraqlıdır - Səfir
Azad olunmuş ərazilərdə reabilitasiya mərkəzləri yaradıla bilər - Agentlik
Sabahdan daha bir marşrutda nağdsız ödəniş tətbiq ediləcək
Bakıda marşrutların 48 faizi kartla ödənişə keçib - BNA
Qazilərin protez üçün xaricə getməsinə ehtiyac yoxdur - Departament direktoru
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri keçiriləcək (FOTO)
Ceyhun Bayramovun Baş katibə məktubu BMT sənədi kimi yayılıb
İtaliyada koronavirusdan sağalanlar vaksinin bir dozası ilə peyvəndlənəcək
Ermənistan hakimiyyəti üçtərəfli bəyanatdan sonra diz çöküb üzr istəməli idi - Koçaryan
Şəkər xəstəsi olmağıma baxmayaraq, vaksin vurdurmaq istəyirdim - Vaksinasiyadan keçən müəllim - FOTO
TamKartla yeni fürsətlər
Martın 7-də 3254 şagird üçün buraxılış imtahanı keçiriləcək
Sabah yağış yağacaq
"Buta Airways" Bakı-İstanbul reyslərinə bilet satışına başlayır
Şagirdlərlə təmasda olduğumuzdan vaksinasiya bizim üçün mütləqdir - Müəllim - FOTO
Ermənistanda müxalifət liderinə ölkəni tərk etmək qadağan olundu
Ağdamda idarə rəisinin minaya düşdüyü ərazidə daha 3 ədəd piyada əleyhine mina aşkarlanıb - Trend TV-nin reportajı
Xaricdən onlayn sifariş edilən məhsullar niyə gec gəlir? - Komitə sədrindən açıqlama
Yaralı halda şəhid yoldaşımı kilometrlərlə daşıdım - Qazi
Ermənilər Azərbaycanın tərkibində daha yaxşı yaşaya bilərlər – Deputat
Üzgüçülük üzrə Tokio yay olimpiya oyunlarında Azərbaycan idmançıları yüksək nəticə göstərib
Xudafərin gömrük postunun açılması ilə bağlı danışıqlar gedir
Aİ mikrosahibkarlığın inkişafına 277 min manatdan çox investisiya ayırıb
Aİ regionlarda maliyyə əlçatanlığının yüksldilməsində maraqlıdır
Özünüməşğulluğun təşkilində Həmkarlar İttifaqları Konfederasiyası ilə də əməkdaşlıq ediləcək
Ötən gün Azərbaycanda 24 mindən çox insan vaksinasiya olunub
Azərbaycan və Pakistan arasında hərbi-texniki əməkdaşlıq müzakirə edilib
Magistraturaya imtahanda cəmi 1 nəfər bütün suallara düzgün cavab verib
Bu il magistraturaya imtahanda yüksək bal toplayanların sayı artıb - DİM
Ötən il ölkəyə ən çox idxal olunan məhsullar açıqlanıb
Gömrükdə aşkarlanan narkotik vasitələrin həcmi artıb
DİN Qazaxdakı dava barədə məlumat yaydı
DGK-yə yeni bina tikilir
Azərbaycan diasporu qazilərə əlil arabaları bağışlayıb (FOTO)
Azərbaycana gətirilən avtomobillərin sayı açıqlanıb
Kaspersky 2020-ci ildə “stalker” proqramları ilə mübarizə nəticələrinin icmalını hazırlayıb
Gün ərzində 800-1000 müəllim peyvənd olunacaq
Hindistanda Tac-Mahal məqbərəsi təxliyə olundu
Sabiq məktəb direktoruna cinayət işi açılıb
“AccessBank”dan xanımlara özəl təklif
Azərbaycan Təhsil Şəbəkəsinin əhatə dairəsi genişləndirildi
Xaçmaz sakinindən avtomat götürülüb
Ötən il ölkəyə 10 milyard 730 milyon dollarlıq məhsul idxal olunub - Komitə sədri
Bakıda üçmərtəbəli ev yanıb, 1 nəfər ölüb (ƏLAVƏ OLUNUB)
ANAMA Ağdamda mina partlayan ərazidə araşdırmalara başlayıb (FOTO)
Ağdamda minaya düşən idarə rəisi Bakıya gətirilir
Əli Əsədovun sədrliyi ilə iclas keçirilib (FOTO)
Ötən il büdcəyə 4 milyard manata yaxın pul köçürülüb - Səfər Mehdiyev
Miqrasiya Xidməti ikili vətəndaşlığı olan şəxslərə xəbərdarlıq etdi
Azərbaycan nefti bahalaşıb
Füzuli rayonunun Qaradağlı kəndi (VİDEO)
Rusiya aviaşirkətləri Azərbaycana müntəzəm reyslər üçün icazə alıb
Qarabağın inkişafı və bərpası hökumətin əsas prioritetidir
Azərbaycan ikinci Qarabağ müharibəsində PUA-ların istifadəsində böyük uğur qazandı - Avstraliya nəşri
Azərbaycanda internet televiziya və radioları üçün yeni yayım imkanları yaradılacaq
PAŞA Bank nağdsız ödənişlərin inkişafına verdiyi töhfəyə görə 3 nominasiyanın qalibi seçilib
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Peyvənd infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə üsuludur - İşçi qrupunun üzvü
Arvadının ölümünə dözməyən kişinin meyiti həyətdən tapıldı
Müəllimlərin vaksinasiyası üçün 10 peyvənd məntəqəsi fəaliyyət göstərir
Müəllimlər vaksinasiya olunur (FOTO)
ƏDV-ni geri alanlar üçün 10+10 aksiyası keçirilir
Ötən gün yol qəzalarında 1 nəfər ölüb, 3 nəfər yaralanıb
Yaşa görə pensiyaların orta aylıq məbləği artıb
Ziraat Bank Azərbaycan həyata keçirdiyi layihələr üzrə mükafatlara layiq görüldü!
Martın 7-də dövlət qulluğuna test imtahanları keçiriləcək
Bütün xəbərlər