...

TQDK yazı işlərinin yoxlanılmasında insan faktorunu aradan qaldırır

Cəmiyyət Materials 6 Fevral 2015 16:42 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) monitorinq və buraxılış imtahanlarında yazı işlərinin yoxlanılmasında insan faktorunu aradan qaldırır.
TQDK yazı işlərinin yoxlanılmasında insan faktorunu aradan qaldırır

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) monitorinq və buraxılış imtahanlarında yazı işlərinin yoxlanılmasında insan faktorunu aradan qaldırır.

Trend-in məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bildirib ki, artıq xarici ölkədə beynəlxalq konfransda təqdimatı keçirilmiş bu proqram təminatı yazı işlərinin yoxlanılmasının insan amili olmadan, texnoloji səviyyədə aparılmasına imkan verir: "Bu proqramdan istifadə edildikdə artıq Bakıda keçirilən imtahandakı yazı işlərini Naxçıvan, yaxud Şəkidə müəllimlər yoxlayacaqlar. Yaxud Naxçıvanda keçirilən imtahanı digər bölgələrdən olan müəllimlər oxuyacaqlar".

Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturaya qəbul imtahanı keçirməsi üçün iki yol var. Bunun üçün ya "Təhsil haqqında" qanuna dəyişikliklər edilməli, ya da elmi tədqiqat müəssisəsinə lisenziya verilməlidir.

AMEA-nın bu məqsədlə ikinci yolu seçdiyini qeyd edən M.Abbaszadə deyib ki, akademiyanın magistraturasına qəbul olmaq istəyənlər TQDK tərəfindən keçiriləcək magistraturaya qəbul imtahanlarının 1-ci mərhələsində iştirak etməlidirlər. Qəbul imtahanının seçimin ikinci mərhələsində necə keçiriləcəyi isə hazırda müəyyənləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti