...

ADA Universiteti İranın təhsil mərkəzi ilə birgə araşdırma aparacaq

Cəmiyyət Materials 10 Fevral 2015 12:12 (UTC +04:00)
ADA Universiteti Kommunikasiya Departamentindən Trend-ə verilən məlumata görə, ADA Universiteti və İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Araşdırma və Təhsil Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.
ADA Universiteti İranın təhsil mərkəzi ilə birgə araşdırma aparacaq

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İlkin İzzət/

ADA Universiteti yeni anlaşma memorandumu imzalayıb.

ADA Universiteti Kommunikasiya Departamentindən Trend-ə verilən məlumata görə, ADA Universiteti və İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Araşdırma və Təhsil Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.

Memorandum ADA Universitetinin rektoru, Azərbaycan xarici işlər nazirinin müavini Hafiz Paşayev və İran xarici işlər nazirinin müavini Dr. Hadi Suleymanpur tərəfindən imzalanıb.

Sənədə əsasən, tərəflər tələbə və professor heyətinin mübadiləsi, birgə araşdırmaların aparılması, konfrans və simpoziumların təşkili və mədəni proqramlarda iştirak kimi məsələlərdə razılığa gəliblər.

Qeyd edək ki, ADA Universiteti artıq ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, Argentina, Niderland Krallığı, Çin, Litva kimi ölkələrin bir sıra universitetləri ilə yaxından əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti