...

Vətəndaşların anonim müraciətlərinə də baxılacaq

Cəmiyyət Materials 10 Fevral 2015 12:40 (UTC +04:00)
Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclası keçirilib. Trend-in məlumatına görə, bu gün Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclası keçirilib. İclasda çıxış edən komitə sədri Rəbiyyət Aslanova əvvəlcə 2014-cü ilin payız sessiyasında komitənin gördüyü işlər barədə məlumat verib.
Vətəndaşların anonim müraciətlərinə də baxılacaq

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib. Trend-in məlumatına görə, iclasda çıxış edən sədr Rəbiyyət Aslanova əvvəlcə 2014-cü ilin payız sessiyasında komitənin gördüyü işlər barədə məlumat verib.

Daha sonra komitənin 2015-ci il yaz sessiyasında işlər planı təsdiq edilib.

İclasda "Vətəndaşların müraciətləri haqqında" qanun layihəsi də müzakirəyə çıxarılıb.

Komitə sədri Rəbiyyət Aslanova bildirib ki, yeni qanun layihəsi 1997-ci ildə qəbul olunmuş "Vətəndaşların müraciət qaydaları haqqında" qanunun tamamilə yenidən işlənmiş formasıdır.

R.Aslanova qeyd edib ki, hazırda qüvvədə olan qanuna görə, vətəndaşların müraciəti təklif, ərizə və şikayət formasında nəzərdə tutulurdusa, yeni qanunda bu say artırılıb. Qanuna hazırda qüvvədə olan müraciət formasından başqa elektron, şifahi, yazılı, telefon, anonim, kollektiv müraciət, teleradio vasitəsilə edilən müraciətlər də daxildir.

Komitə sədri vurğulayıb ki, qanun qüvvəyə mindikdən sonra bütün aidiyyəti qurumlar sadalanan müraciətlərin cavablandırılması üçün məsuliyyət daşıyacaqlar və qanunun pozulması Cinayət və İnzibati Xətalar məcəllələri ilə məsuliyyət yaradır.

Daha sonra "Siyasi partiyaalar haqqında" və "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklər müzakirə edilib.

Qeyd olunan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti