...

Berlində 47 yerdə Azərbaycana dair reklamlar yerləşdiriləcək

Cəmiyyət Materials 26 Fevral 2015 18:27 (UTC +04:00)
Cari ilin 4-8 mart tarixlərində Almaniyanın Berlin şəhərində keçiriləcək "ITB Berlin 2015" beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyinin iştirakı nəzərdə tutulub.
Berlində 47 yerdə Azərbaycana dair reklamlar yerləşdiriləcək

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Cari ilin 4-8 mart tarixlərində Almaniyanın Berlin şəhərində keçiriləcək "ITB Berlin 2015" beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyinin iştirakı nəzərdə tutulub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin Almaniyadakı turizm nümayəndəliyi ilə əməkdaşlığı əsasında "ITB Berlin" beynəlxalq turizm sərgisi çərçivəsində Almaniyanın Hamburq, Münhen və Frankfurt şəhərlərindəki avtobus, tramvay və metrolarda Azərbaycanın turizminin loqosunu və internet səhifəsini özündə əks etdirən reklam kartları (swing cards) yerləşdirilib. Kampaniya martın 8-dək davam edəcək.

Həmçinin 2-16 mart tarixlərində Berlində şəhərin 47 reklam lövhəsində Azərbaycana dair reklamın yerləşdirilməsi planlaşdırılır.

Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2004-cü ildən etibarən "ITB Berlin" beynəlxalq turizm sərgisində iştirak edir. Eyni zamanda, bu il 5 mart tarixində Azərbaycanın milli stendində "Happy hours" tədbirinin keçirilməsi nəzərdə tutulur. Tədbir çərçivəsində Almaniyanın 25 turizm şirkəti və KİV nümayəndəsinə təqdimat keçiriləcək, biznes görüşləri təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti