...

Penitensiar xidmətdə ən yaxşı işçi kimdir? (FOTO)

Cəmiyyət Materials 10 Mart 2015 12:56 (UTC +04:00)
Penitensiar xidmətdə 2014-cü ilin ən yaxşı əməkdaşları müəyyən edilib.
Penitensiar xidmətdə ən yaxşı işçi kimdir? (FOTO)

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir İlkin İzzət/

Penitensiar xidmətdə 2014-cü ilin ən yaxşı əməkdaşları müəyyən edilib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmətin tabe qurumlarında əməkdaşların peşəkar hazırlığının yüksəldilməsi, xidməti vəzifə borclarını nümunəvi yerinə yetirən bacarıqlı əməkdaşların vəzifədə irəli çəkilməsi və 2014-cü ilin "Ən yaxşı əməkdaş"larının aşkar edilərək həvəsləndirilməsi məqsədilə tabe qurumlarda müsabiqə keçirilib.

Mərkəzi Müsabiqə Komissiyasına təqdim olunan əməkdaşlar "Ən yaxşı əməkdaş" adı uğrunda mübarizədə peşə hazırlığı, fiziki hazırlıq və atıcılıq bacarıqlarını nümayiş etdiriblər. Müsabiqədə ümumilikdə 65 əməkdaş iştirak edib.

Onlar arasında qalib adını 9 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinin nəzarətçisi ədliyyə baş çavuşu Sabir Ağayev, Konvoy taborunun 3-cü konvoy bölüyünün mühafizəçisi ədliyyə baş çavuşu Ehtiram İslamov, Avtonəqliyyat təsərrüfatının kiçik inspektoru ədliyyə kiçik giziri Vasif Hüseynov qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti