Bakı Ali Neft Məktəbi Vyetnam üçün mütəxəssis hazırlayacaq (FOTO)

Bakı Ali Neft Məktəbi Vyetnam üçün mütəxəssis hazırlayacaq (FOTO)

Azərbaycan, Bakı, 16 mart /Trend/

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun dəvəti ilə Vyetnam Sosialist Respublikasının VIETSOVPETRO şirkətinin baş direktoru Tı Txan Ngianın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub. Nümayəndə heyəti Bakı Ali Neft Məktəbinə səfərdən öncə Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Ali məktəbdən Trend-ə verilən məlumata görə, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov VIETSOVPETRO şirkətinin baş direktoru Tı Txan Ngianın rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycanda və Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu bildirib. Rektor Elmar Qasımov Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında olan əlaqələrin tarixindən danışıb. Elmar Qasımov Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin hələ 1983-cü ildə Sov.İKP Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olaraq həmin dövrdə sovet dövlət və hökumət nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfərini xatırlatdı, müharibədən sonra ölkənin bərpasında və quruculuq işlərində onun Vyetnam xalqını dəstəklədiyini deyib. Rektor, həmçinin iki ölkə arasında təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil sahəsində ikitərəfli əməkdaşlığın bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf etdiyini qeyd edib. İki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişafında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 may 2014-cü ildə Vyetnama səfərinin mühüm əhəmiyyət kəsb etdiyini və bu istiqamətdə əməkdaşlığın keyfiyyətcə növbəti mərhələyə qədəm qoyduğunu vurğulayıb. Bakı Ali Neft Məktəbinin VIETSOVPETRO şirkəti ilə əməkdaşlığının bunun məntiqi davamı olduğunu deyib. BANM və VIETSOVPETRO şirkəti arasında qurulan əməkdaşlığın bakalavriat və magistratura səviyyələrində müxtəlif ixtisaslar üzrə yüksək ixtisaslı mühəndislərin hazırlanmasına, korporativ təhsilə, tələbələrin Vyetnamda istehsalat təcrübəsi keçməsinə, Vyetnamlı tələbələrin BANM-də təhsil almasına, ixtisasartırmaya, elmi-tədqiqat işlərinin aparılması, kadr ehtiyatlarının inkişafı kimi vəzifələri uğurla yerinə yetirməyə imkan verəcəyini qeyd edib.

Öz növbəsində, VIETSOVPETRO şirkətinin baş direktoru Tı Txan Ngia Azərbaycanda və BANM-də olmasından məmnunluq ifadə edib və bu dəvət üçün rektor Elmar Qasımova öz dərin təşəkkürünü bildirib. O dedi ki, Vyetnam xalqı Heydər Əliyevin etdiyi əvəzsiz xidmətləri heç zaman unutmur. Həmin dövrdə Vyetnamlı tələbələrin dövlət xətti ilə Azərbaycanda təhsil almasında Ümummilli lider Heydər Əliyevin müstəsna rolunun olduğunu deyib. Həmin tələbələrdən biri olduğunu və neft-qaz mühəndisi kimi formalaşmaq üçün Azərbaycanda təhsil alaraq məhz burda yetişdiyini vurğulayıb. Ti Txan Ngia təmsil etdiyi şirkət ilə BANM arasında əldə olunan əməkdaşlığın gələcəkdə öz müsbət təsirini göstərəcəyinə əminliyini ifadə edib. BANM ilə imzalanan anlaşma memorandumunu yüksək qiymətləndirərək, nüfuzlu Ali Məktəblə sıx əlaqələrin qurulmasının təmsil etdiyi şirkət üçün qürurverici olduğunu qeyd edib. O, həmçinin VIETSOVPETRO şirkəti haqqında geniş məlumat verərək, baş ofisi Vyetnamın Vunq Tau şəhərində yerləşən şirkətin 1981-ci ildə təsis edildiyini bildirib. Bu şirkətin ölkəsinin 5-ci ən böyük şirkəti olduğunu deyən Tı Txan Ngia, VIETSOVPETRO-nun Vyetnamı 80% faiz neft və qaz istehsalı ilə təmin edərək ölkənin Cənub Şərqi Asiyada neft sənayesi üzrə 3-cü yer tutmasına səbəb olduğunu da vurğulayıb. O, ən müasir istehsal və emal texnologiyalarının köməyilə ay ərzində 1 milyon tondan artıq neftin hasil edildiyini qeyd edib. Şirkətdə bir sıra strukturlarla yanaşı, Elmi-tədqiqat və mühəndislik İnstitutu, eləcə də İnformasiya texnologiyaları və kommunikasiya mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Tədbirdə iştirak edən SOCAR-ın Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Vyetnam və Azərbaycan əlaqələrinin böyük tarixə malik olduğunu və yaşlı nəslin nümayəndəsi kimi bu əməkdaşlığın bütün inkişaf mərhələlərinə şahidi olduğunu bildirib. X.Yusifzadə Vyetnamda dənizdə qazma və hasilatı sahəsində təcrübə olmadığına görə, ilk növbədə azərbaycanlı mütəxəssislərin onlara köməklik etdiyini qeyd edərək, bu işlərə azərbaycanlı mütəxəssis Cəlal Məmmədovun rəhbərlik etməsinin təsadüfi olmadığını vurğulayıb. O, Azərbaycanın həmişə Vyetnam üçün mütəxəssis hazırlığında iştirak etdiyini deyərək, bildirib ki, buna misal özünün 69 vyetnamlı tələbələrinin hazırlığında iştirak etməsidir. X.Yusifzadə, hal hazırda da, bu əlaqələrin inkişafda olduğunu vurğulayıb və 2014-cü ilin may ayında Azərbaycan Respublikasının Prezidentinin cənab İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin Vyetnama səfəri zamanı həmin heyətin tərkibində olduğunu da qeyd edib. Orada ölkə rəhbəri ilə səmərəli görüş keçirildiyini, həmçinin cənab İlham Əliyevin Azərbaycanda təhsil almış məzunlarla görüşdüyünü və bu görüşdə özünün də iştirak etdiyini vurğulayıb. O, cənab İlham Əliyevin Vyetnamda olarkən Azərbaycanın Vyetnam üçün neftçi kadrların hazırlanmasını təklifini irəli sürdüyünü və bu Azərbaycanın Vyetnamla olan əməkdaşlığına yeni təkan verdiyini qeyd edib. Cənab İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüsün bu gün öz reallığını tapdığını qeyd edən X.Yusifzadə , BANM ilə VIETSOVPETRO şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma memorandumunun imzalanmasından şad olduğunu bildirib.

Sonra Bakı Ali Neft Məktəbi ilə VIETSOVPETRO şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Eyni zamanda, VIETSOVPETRO şirkətinin baş direktoru Tı Txan Ngia Bakı Ali Neft Məktəbinin "Fəxri Qonaq" diplomu ilə təltif olunub.

Bakıda ikimərtəbəli evdə yanğın olub
Bakıda ikimərtəbəli evdə yanğın olub
Bakıda birmərtəbəli ev yanıb
Bakıda birmərtəbəli ev yanıb
Bakıda mənzildən kişi meyiti tapılıb
Bakıda mənzildən kişi meyiti tapılıb
Loading Bars
Xəbər lenti
Bakıda ikimərtəbəli evdə yanğın olub
İngiltərə Premyer Liqası: "Liverpul" "Mançester Yunayted"i darmadağın edib
Özbəkistanda keçirilən prezident seçkilərində 16,03 milyon seçici səs verib
İspaniya La Liqası: "Real Madrid" "Barselona"nı məğlub edib
IFC Azərbaycanda elektron maliyyə xidmətlərinin inkişafına kömək edəcək - Regional menecer
Veteran cüdoçularımız dünya çempionatında daha 3 medal qazanıblar
Avropa İttifaqı Kabildəki nümayəndəliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Müdafiə Nazirliyi həftəlik icmal təqdim edib (VİDEO)
Özbəkistanda prezident seçkiləri başa çatıb
Gürcüstanın baş naziri ölkədə məcburi vaksinasiyaya yol verməyəcəyini bildirib
Dövlət qulluğuna qəbul çərçivəsində inzibati icraçı vəzifələr üzrə test imtahanının nəticələri açıqlanıb
İsveçdə qətlə yetirilən 43 yaşlı soydaşımızın cənazəsi Azərbaycana gətiriləcək
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 036 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib
Pərviz Şahbazov “Səudiyyə Yaşıl Təşəbbüsü”nün inaqurasiya mərasimində iştirak edib (FOTO/VİDEO)
Qaxda şəhid hərbi qulluqçunun il mərasimi keçirilib (FOTO)
Azərbaycan HDQ zabitləri Türkiyədəki təcrübə kursunu uğurla başa vurublar
Özbəkistanda keçirilən prezident seçkiləri çərçivəsində seçicilərin 50% artıq səs verib
Gürcüstanda koronavirusa yoluxanların sayı artır
Masallıda COVID-19 pasportu olmayan sürücülərlə bağlı reyd keçirilib (FOTO)
Hərbi hissədə hərbi təlim toplanışı keçiriləcək
İranda koronavirusdan daha 171 nəfər ölüb
İranla Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanaraq davam edəcək
Türkiyə xüsusi təyinatlıları terrorçuların daha bir hücum cəhdinin qarşısını aldı, 5 terrorçu məhv edildi (FOTO/VİDEO)
ABŞ-da Sotheby's hərracında Pablo Pikassonun əl işləri 109 milyon dollara satılıb
Rusiyada ötən sutka ərzində 35 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb
Özbəkistandakı seçkilər zamanı MDB müşahidəçiləri heç bir pozuntu qeydə almayıb
Həftənin ilk gününə olan hava proqnozu açıqlanıb
Goranboyda oğurluq edən şəxslər saxlanılıblar (FOTO)
Saatlı və Sabirabadda COVİD-19-la bağlı nəzarət-profilaktiki tədbirlər davam etdirilir (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən foto paylaşıb (FOTO)
Müdafiə Nazirliyi ötən ilin bu həftəsi ilə bağlı görüntülər yayıb
Rusiyada avtobus yük avtomobiliylə toqquşdu, ölənlər və yaralananlar var
Bakıda torpaq sahələrinin qiyməti ucuzlaşıb
Özbəkistanda prezident seçkiləri keçirilir
Bakıda birmərtəbəli ev yanıb
Balakəndə qaydalara riayət etməyənlər cərimələnib (FOTO)
Filippin sahillərində güclü zəlzələ olub
ABŞ-da avtomobil yarışları zamanı qəza olub, ölənlər və yaralananlar var
Qazaxıstanda koronavirusa daha 1 677 nəfər yoluxub
Sorğu: Baydenin reytinqi rekord dərəcədə düşüb
Kolumbiyanın ən böyük narkokartelinin başçısı saxlanılıb
"Tesla" flaqman modellərinin qiymətini 5 min dollar artırıb
Almaniyada koronavirusa yoluxma hallarının sayı rekord dərəcədə artıb
Fransada sanitar buraxılışlara qarşı etiraz aksiyalarında 40 minə yaxın insan iştirak edib
Ferstappen "Formula-1" üzrə ABŞ Qran Prisinin təsnifatının qalibi olub
Türkiyədə son sutkada koronavirusdan 27 663 nəfər sağalıb
Bu gün Özbəksitanda prezident seçkiləri keçiriləcək
Çində 2,24 milyard peyvənd istifadə edilib
Azərbaycanda sərnişinlərin istifadə etdiyi əsas nəqliyyat vasitələri bunlardır
Zəfər xronikası 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəsi (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 24 oktyabr
Azərbaycanda ipoteka və istehlak kreditlərinin həcmi artıb
ABŞ-da atışma olub: 1 nəfər ölüb, 7 nəfər yaralanıb
Bakıda mənzildən kişi meyiti tapılıb
Britaniyada koronavirusa 44 mindən çox yeni yoluxma halı qeydə alınıb
Ombudsmanın faktaraşdırıcı missiyaları ilə bağlı hesabatları Frankfurt Beynəlxalq Kitab Sərgisində nümayiş etdirilir
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən fotolar paylaşıb (FOTO)
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim başa çatıb (VİDEO)
Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığı baş tutub
Ərdoğan 10 ölkənin səfirini "persona non-qrata" elan etməyi tələb edib
Araik Arutyunyanın Rusiyaya səfəri yalnız şəxsi xarakter daşıyır - Azərbaycanın Rusiyadakı Səfirliyi
Qubada 2 otaqlı ev yanıb
Mingəçevir Dövlət Universitetində şəhid məzunların xatirəsinə həsr olunan anım tədbiri keçirilib (FOTO)
Aslan Aslanov: Türk dünyasının birliyinin və güclənməsinin əhəmiyyətini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ illər öncə təkrar-təkrar vurğulayıb (FOTO)
Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 315 nəfər COVID-19-a yoluxub, 22 nəfər vəfat edib
İqtisadiyyat naziri Atlantik Şurası Millennium Liderlik Proqramının məzunlarının suallarını cavablandırıb (FOTO)
Qədim Nuh yurdu Naxçıvana nə üçün getməli? - REPORTAJ
Azərbaycan XİN Macarıstanı təbrik edib
Samuxda karantin qaydalarını pozan toy sahibi cərimələnib (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Allah xalqımızı qorusun! (VİDEO)
Buster doza koronavirusa qalib gəlmək yolunda növbəti addımdır - Təyyar Eyvazov
Bərdə sakinlərindən “patı” və heroin götürülüb (FOTO)
Covid-19 pasportunu saxta yollarla əldə edən və onu satan şəxslər saxlanılıb (VİDEO)
Ekvadorda yüngül atlet güllələnib
İranda koronavirusdan ölənlərin sayı 125 min nəfəri keçib
Canəli Əkbərov hər zaman muğam sənətini yüksək səviyyədə təmsil edib - Polad Bülbüloğlu
Bərdə və Ağcabədidə COVİD-19-a qarşı reyd keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Canəli Əkbərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Londonda Vətən müharibəsinin ildönümünə həsr olunmuş tədbir keçiriləcək
Hacıqabulda ictimai nəqliyyatda tibbi maska ilə bağlı reyd keçirilib
Bakıda restorana gedən koronavirus xəstəsi saxlanıldı
Şəkidə qənnadı istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)
“Naxçıvan şəhidləri” kitabının təqdimatı olub (FOTO/VİDEO)
Xızı və Şabranda COVİD-19-a qarşı tədbirlər gücləndirilib (FOTO)
Şəhid Əliyev İbrahimin doğum günü məzarı önündə qeyd olunub (FOTO)
İşğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən şəxslər saxlanılıb (FOTO)
Hazırda tədavüldə olan milli valyutanın nominal strukturu beynəlxalq təcrübəyə tam uyğundur - Mərkəzi Bank
Xəzər dənizində mina aşkarlanıb (FOTO/VİDEO)
Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Rusiyada koronavirusdan ölənlərin sayı 230 minə çatır
Ötən gün toylarda 13 nəfər cərimələnib (FOTO/VİDEO)
Şəmkirdə şadlıq sarayının rəhbəri cəzalandırılıb
Ərini boğaraq öldürən qadının məhkəməsi başlayır
Bakıda 27 yaşlı qadın itkin düşüb
Bazar günü hava necə olacaq?
Türkiyə ABŞ-dan F-16-ların satın alınması proseduruna start verib - Akar
Azərbaycanda stolüstü kompüterlərin istehsalı xeyli artıb
Bütün xəbərlər