...

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun əsaslı təmiri davam edir (FOTO)

Cəmiyyət Materials 1 Aprel 2015 09:53 (UTC +04:00)
Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun əsaslı təmiri davam edir.
Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun əsaslı təmiri davam edir (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun əsaslı təmiri davam edir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və bu günə kimi 11 km yol əsaslı təmir olunub. Hazırda daha 3,4 km yolun təmirinə başlanılıb.

Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur.

Əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti