Vietsovpetro şirkətinin baş direktoru Tı Txan Ngia: “Vyetnam xalqı hər zaman Heydər Əliyevi ehtiramla yad edir”

Vietsovpetro şirkətinin baş direktoru Tı Txan Ngia: “Vyetnam xalqı hər zaman Heydər Əliyevi ehtiramla yad edir”

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun dəvəti ilə Azərbaycanda səfərdə olan Vyetnam Sosialist Respublikasının VIETSOVPETRO şirkətinin baş direktoru Tı Txan Ngianın rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Bakı Ali Neft Məktəbində olub və bir sıra işgüzar görüşlər keçiriblər. Tı Txan Ngia geniş səfər proqramının sonunda Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibə verib.
Qeyd edək ki, Tı Txan Ngia 29 oktyabr 1962-ci ildə Vyetnamın An Janq vilayətində anadan olub. 1981-1986 ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyası (ADNA)) neft və qazın istehsalı mühəndisliyi ixtisası üzrə təhsil alıb. T.T.Ngia 1987-ci ildə Vyetnamın 5-ci ən böyük şirkəti hesab olunan VIETSOVPETRO neft-qaz şirkətində operator vəzifəsinə təyin olunub. 1988-2004-cü illərdə burada usta, briqadir köməkçisi, platforma rəisinin müavini, sədr, baş mütəxəssis, sədr müavini kimi vəzifələrdə çalışıb. 2005-2006-cı illərdə Asiya Texnologiya İnstitutunda (Tayland) Menecment ixtisası üzrə təhsil alıb. 2005-2009-cu illərdə VIETSOVPETRO şirkətində qaz obyektlərinin istismarı üzrə direktoru təyin olunub, 2009-2012-ci illər ərzində isə neft və qazın istehsalı üzrə direktoru olaraq fəaliyyət göstərib. Daha sonra baş mühəndis, 2013-cü ildən etibarən isə həmin şirkətin baş direktoru olaraq çalışır. VIETSOVPETRO şirkətində çalışdığı illər ərzində, Vyetnam Sənaye və Ticarət Nazirliyi və Rusiya Federasiyasının Energetika Nazirliyi tərəfindən fəxri diplomlarla, həmçinin "Üçüncü dərəcəli əmək medalı" ilə təltif olunub.


- Bildiyimiz kimi, siz Azərbaycanda ali təhsil almısınız və uzun müddət burada yaşamısınız. Sonuncu dəfə Azərbaycana səfəriniz nə vaxt olub və yeni səfər sizdə Azərbaycan haqqında hansı təəssüratlar yaratdı?

- Azərbaycan mənim üçün çox doğma ölkədir. Çünki buradakı mühit, insanlar, tələbəlik illəri mənim şəxsiyyət və gələcəyin mütəxəssisi kimi formalaşmağımda çox böyük rol oynayıb. Azərbaycana son səfərim 14 il bundan əvvəl olub. Bu qədər uzun müddətdən sonra Azərbaycana yenidən səfər etmək və ölkənin ən nüfüzlü Ali Məktəbi ilə əməkdaşlığa başlamaq mənim üçün çox sevindirici və mühüm hadisədir. Xatırlayıram ki, hələ 1983-cü ildə, mən Azərbaycanda tələbə olarkən, Azərbaycanın Ümummilli lideri Heydər Əliyev Sov.İKP Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olaraq həmin dövrdə sovet dövlət və hökumət nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfər etmişdi. Bu səfər Vyetnamın iqtisadi inkişafında, həmçinin elm və təhsilin inkişafında böyük rol oynadı. Vyetnam xalqı hər zaman Heydər Əliyevi böyük ehtiramla yad edir. Hal hazırda isə ölkələrimiz arasında təməli Heydər Əliyev tərəfindən qoyulan təhsil sahəsində ikitərəfli əməkdaşlıq bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf etdirilir. 2014-cü ilin may ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnama əhəmiyyətli səfəri oldu. Qeyd edim ki, həmin səfər zamanı, Prezident İlham Əliyevlə görüşdə mən Azərbaycanda təhsil almış mütəxəssis qismində çıxış etdim. Prezident cənab İlham Əliyevin Vyetnama səfəri təhsil sahəsində əməkdaşlığımızı növbəti inkişaf mərhələsinə qaldırdı. Bu gün VIETSOVPETRO şirkəti və Bakı Ali Neft Məktəbi arasında qurulan əməkdaşlıq bunun məntiqi davamı kimi qiymətləndirilə bilər. Bakıya gəldikdə isə, o çox dəyişib. Həmişə gözəlliyi və tarixi ilə seçilən Bakı bu gün məni daha da heyrətləndirdi. O nəinki gözəlləşib və qədimliyini qoruyub, həmçinin də çox müasirləşib. Yeni binalar, göydələnlər, mədəniyyət və incəsənət evləri, memarlıq abidələri, yeni asma və müxtəlif üslubda olan körpülər tikilib, eyni zamanda da Bakının simvollarından olan dənizkənarı milli park genişlənib və abadlaşıb. Çox sevindirici haldır ki, Bakı muasirləşməklə yanaşı, həm də Şərq üslubunu qoruyub saxlaya bilib. Bakı küçələrini gəzərkən və ətrafa diqqətlə baxarkən tələbəlik illərimdən olan xatirələrim yadıma düşürdü. Bu səfər burda yaşadığım müddət ərzində mənə əziz olan tələbəlik illərimdən qalan xatirələrimi canlandırdı.

- Azərbaycanın ən nüfüzlu ali təhsil müəssisəsi olan Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı, bu əməkdaşlıq əlaqələrinin nə kimi perspektivləri olacaq?

- Biz əldə olunan əməkdaşlıqdan çox razıyıq və düşünürəm ki, bu əməkdaşlıq gələcəkdə bizim şirkətdə çalışan azərbaycanlı mütəxəssislərin sayını artıracaq. Dünyaca tanınmış neft-qaz şirkəti olan SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığa başlamaq bizim üçün cox mühüm hadisədir və gələcəkdə mütəxəssis təcrübəsinin qarşılıqlı mübadiləsinin həyata keçirilməsinə, BANM-in tələbələrinin Vyetnamda istehsalat təcrübəsi keçmələrinə, Vyetnamlı tələbələrin BANM-də təhsil almasına, şirkətin mütəxəssisləri üçün BANM-də müxtəlif mövzular və ixtisaslar üzrə seminar, ixtisasartırma və yenidənhazırlanma kurslarının təşkilinə, elmi-tədqiqat işlərinin aparılmasına, birgə elmi, elmi-praktik, praktik-texnoloji seminar və konfransların təşkilinə, müxtəlif ölkəmiqyaslı və beynəlxalq layihələr çərçivəsində əməkdaşlığa, şirkətin və BANM-in mütəxəssisləri tərəfindən birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə, kadr ehtiyatlarının inkişafı kimi vəzifələrini uğurla yerinə yetirməyə imkan verəcək. Düşünürəm ki, imzalanan Anlaşma Memorandumu iki ölkə arasında neft-qaz sahələri üzrə kadr və mütəxəssis təcrübələrinin qarşılıqlı mübadiləsinin həyata keçirilməsində yeni mərhələ olacaq.

- Vyetnamın 80% neft və qaz hasilatını təmin edən şirkətin baş direktoru olmaq sizin üçün nə deməkdir? Bu vəzifəyə təyin olunmamışdan öncə hansı mərhələlərdən və çətinliklərdən keçmisiniz? Çətinliklərin öhdəsindən necə gəlmisiniz?

- Əlbəttə, belə iri şirkətin baş direktoru olmaq cox məsuliyyətlidir. Ölkənin yanacaq-energetika və iqtisadi sektorunun inkişafının bir qismi demək olar ki, bizim şirkətin fəaliyyətindən asılıdır. Ona görə fəaliyyətimiz çoxşaxəlidir. Hal-hazırda şirkətimiz Vyetnamı Cənub Şərqi Asiyada neft sənayesinin inkişafı üzrə 3-cü yerə gətirib çıxarıb. Mən bu şirkətə ilk dəfə 1987-ci ildə gəlmişəm. Operator vəzifəsindən başlayaraq, müxtəlif illərdə usta, briqadir köməkçisi, platforma rəisinin müavini, sədr, baş mütəxəssis, sədr müavini kimi vəzifələrdə çalışmışam və 2013-cü ildən etibarən VIETSOVPETRO şirkətinin baş direktoru vəzifəsinə təyin olunmuşam . Nəzəri biliklərimi təcrübədə istifadə edərək illər keçdikçə irəli addımlamışam. Xüsusilə də, neft-qaz sahəsindəki biliklərimi və təcrübəmi öz azərbaycanlı müəllimlərimdən və rəhbərlərimdən almışam. Sovet dövründə ali təhsilimi bitirən kimi işləməyə başlamışam. Azərbaycanlı mütəxəssislər tərəfindən tədris olunan nəzəri biliklərimi uğurla təcrübədə istifadə etmişəm. VIETSOVPETRO şirkətində ilk illər çalışdığımda, burada azərbaycanlı mütəxəssislərın sayı çox idi. Vyetnamda dənizdə hasilat və qazma sahəsi üzrə təcrübə olmadığına görə, azərbaycanlı mütəxəssislərin bu sahədəki təcrübələri bizim şirkət üçün həmişə mühüm əhəmiyyət daşıyıb. Bu uzun yolda çox çətinliklərdən keçmişəm. Əsas çətinliklərdən olan tənbəlliyə qalib gələrək öz üzərimdə daima çalışmışam. Məni bu vəzifəyə yüksəldən mənim məqsədyönlülük, əməksevərlik, liderlik keyfiyyətlərim olub. Bundan başqa, mən həmişə azərbaycanlı mütəxəssis Məhərəm Əhmədovun tələbəsi olduğuma görə özümü çox şanslı hesab etmişəm, çünki onun səyləri nəticəsində mən öz gələcək peşəmi peşəkarcasına mənimsədim və öz işimin mütəxəssisi oldum. Eyni zamanda, yüksək nəticəyə çatmaq üçün mütləq əldə olan bütün resursların düzgün paylaşılmasına və istifadə olunmasına diqqət yetirmək lazımdı. Hər bir işdə nəzəriyyə ilə təcrübənin vəhdəti olmalıdır.

- Məqsədə çatmaq üçün savad və iradə kifayət edirmi? Siz uğur qazanmış insan kimi bu barədə nə deyə bilərsiniz?

- Savadlı və iradəli olmaq əsasdır, amma məqsədə çatmaq üçün kifayət deyil. İntellektdən və iradədən başqa səbrin, məntiqli düşüncənin, məqsədyönlülüyün, əməksevərliyin, vaxtında tapşırılan işləri yerinə yetirmə bacarığın və vaxta qənaət kimi keyfiyyətlərin olması da məqsədə çatmaq üçün vacibdir. Öz uğurlarıma görə,ilk növbədə özümə borcluyam. Çünki, mən daima öz üzərimdə çox çalışmışam və bacarığlarımı inkişaf etdirmişəm. Daha sonra mənim uğurlarımda və savadlı olmağımda müəllimlərimin rolu əvəzsizdir, xüsusilə də azərbaycanlı mütəxəssislərin. Onlar mənim şəxsiyyət kimi formalaşmağıma və gələcək peşəmi mənimsəməyimə çox böyük təsir göstəriblər. Bakı Ali Neft Məktəbində keçirdiyiniz görüşdə tələbələrin çoxsaylı suallarını cavablandırdınız. Tələbələrimiz haqda fikirlərinizi bilmək istərdik.

Tələbələriniz çox savadlı və aktivdirlər, həmçinin yaradıcı düşüncəyə və geniş dünya görüşünə sahibdirlər. Tam əminliklə deyə bilərəm ki, BANM-in tələbələri Azərbaycanın parlaq gələcəyinin təminatıdır. BANM-də tələbələr üçün yaradılan şərait təqdirəlayiqdir: innovasiya texnologiyaları, laboratoriyalar. Tədrisdə yeni texnologiyaların tətbiqi, xarici şirkətlərlə və universitetlərlə sıx əlaqələrin qurulması, onların təcrübələrindən istifadə edilməsi, ingilis dilini yüksək səviyyədə mənimsəmələri onların gələcəyin ən tələbatlı kadrları olacaqlarına təminat verir. Yeni tikilən kampusda gördüyüm yeniliklər də məni heyrətləndirdi. Düşünürəm ki, bu kampusda oxuyan gənclər ən şanslı tələbələr olacaqlar. BANM-in yaradılması SOCAR-ın yüksək ixtisaslı kadr hazırlığı istiqamətində ən uğurlu və düzgün atılan addımlarından biridir.

- Səfər çərçivəsində bir çox görüşləriniz oldu, eyni zamanda Bakıda bir sıra tarixi, mədəni yerlərə baş çəkdiniz. Azərbaycandan hansı təəssüratlarla ayrılacaqsınız?

- Mənim üçün 14 ildən sonra Bakını yenidən görmək əvəzolunmaz hiss idi. Azərbaycanın qısa zaman çərçivəsində bütün istiqamətlər üzrə sözün əsl mənasında xeyli inkişaf etdiyini gördüm. Şəhərdə gəzərkən müasirliyin və qərb üslubunun təcəssümü olan Alov qüllələrinin möhtəşəm görüntüsü hara getsən də həmişə göz önündədir, eyni zamanda, İçərişəhərin qədimliyi və şərq üslubunun qorunub saxlanılması təqdirəlayiqdir. Müasir qərb üslubuyla qədim şərq üslubunun qarşılaşması harmonik sintezdir. Onu da deyə bilərəm ki, insanlarınız həmişə olduğu kimi, qonaqpərvər və gülərüzdürlər. Üzlərindəki xoş təbəssüm və gözəl geyimləri onların həyatsevər, mədəniyyətli, yüksək ruhda olmalarının göstəricisidir. Azərbaycanın qısa müddətdə bu qədər inkişaf etməsi, xarici ölkələrlə dostluq və mədəni əlaqələrin qurulması üçün atılan addımlar düzgün seçilmiş siyasətin nəticəsidir. Mən Bakıdan sevgi dolu hisslərlə, xoş təəssüratlarla və canlanmış xatirələrimlə ayrılıram.

Yaponiya öz "nüvə potensialını" bərpa edəcək
Yaponiya öz "nüvə potensialını" bərpa edəcək
Azərbaycan əhalisinin banklarda nə qədər pulu var? - RƏSMİ
Azərbaycan əhalisinin banklarda nə qədər pulu var? - RƏSMİ
Azərbaycanda bankların cəmi aktivləri 34 milyard manatı ötüb
Azərbaycanda bankların cəmi aktivləri 34 milyard manatı ötüb
Loading Bars
Xəbər lenti
Bakı Kitab Mərkəzində "Xayku Xəzərin dalğalarında" respublika müsabiqəsinə yekun vurulub (FOTO)
Tayvanda 5,3 bal gücündə zəlzələ baş verib
NASA gələn il Aya ilk uçuşu planlaşdırır
Tunisdə vaksinasiya pasportları tətbiq olunacaq
Facebook-un mümkün yeni adı məlum oldu
Qətərdə futbol üzrə dünya çempionatını qəbul edəcək "Əl-Tumama" stadionu açılıb
"Rik" tropik fırtınası Meksikanın Sakit okean sahillərində yaranıb
Türkiyədə son sutkada koronavirusdan 30 302 nəfər sağalıb
Pakistanın şimal-şərqində iğtişaşlar zamanı üç polis əməkdaşı ölüb
Mədəniyyət Nazirliyi Canəli Əkbərovun ölümü ilə bağlı nekroloq yayıb
Gəncə sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
44 günlük Vətən müharibəsinin xronikası: 23 oktyabr
"Apple" ardıcıl doqquz ildir ki, dünyanın ən qiymətli brendi olaraq qalır
Yaponiya öz "nüvə potensialını" bərpa edəcək
Xalq artisti Canəli Əkbərov vəfat edib
ABŞ-da Əfqanıstanlı qaçqınlara yardım üçün 976 milyon dollara qədər vəsait ayrılacaq
Zəngilanın iqtisadi və turizm baxımından böyük potensialı var - ŞƏRH
Türk Dünyası (turkic.world) layihəsi İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunub (FOTO)
Azərbaycan əhalisinin banklarda nə qədər pulu var? - RƏSMİ
DGK sədri "Xanoba" gömrük postunda aparılan tikinti işləri ilə tanış olub
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin ictimaiyyət nümayəndələri ilə hər bir görüşü Böyük Qayıdışın təqdimatıdır - Vüqar Rəhimzadə
Fransa məhkəməsi Hadrutun keçmiş separatçı rəhbərliyi ilə imzalanmış daha bir qanunsuz sənədi ləğv etdi
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir (VİDEO)
Ağdam sakini bıçaqlanıb
Şərqşünaslıq İnstitutunun əməkdaşı Liviyada beynəlxalq konfransda çıxış edib (FOTO)
Azərbaycanda bankların cəmi aktivləri 34 milyard manatı ötüb
Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun anım mərasimi keçirilib (FOTO)
Suraxanıda narkotiklə bağlı 48 nəfər tutulub
Eldəniz Səlimovun ibtidai istintaqı tamamlanıb, cinayət işi məhkəməyə göndərilib
İsveçdə reper güllələnib
Ələt qəsəbəsində Şəhid İbrahimov Elnurun anım mərasimi keçirilib (FOTO)
Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərinə baxış keçirib (FOTO/VİDEO)
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 112 nəfər COVID-19-a yoluxub, 18 nəfər vəfat edib
Moskvada 20-yə yaxın aviareys təxirə salınıb
Oktyabrın 25-nə USD/AZN rəsmi məzənnəsi
Şirvanda "patı" satan şəxs saxlanılıb
Zəngəzur dəhlizi, Moskvada üçtərəfli İşçi Qrupun səkkizinci görüşü - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Şəhid, Vətən Müharibəsi qəhrəmanı polkovnik leytenant Qasımov Ramizin xatirə gecəsi keçirilib
Naxçıvanın turizm potensialı mediatur çərçivəsində nümayiş olunub (FOTO)
Peyvənd olunmayan taksi sürücüləri cərimələndi (FOTO/VİDEO)
Emin Hacıyev MDB parlamentarilərinə Qarabağın bərpasından danışdı (FOTO)
Azərbaycan-İran sərhədinin azad olunan hissəsində aşkarlanan minaların sayı açıqlanıb (FOTO)
AzMİU-da koronavirusa qarşı təkrar dezinfeksiya işləri aparılıb (FOTO)
Saatlıda Nərimanov kəndi və məcburi köçkün qəsəbəsinin içməli su təchizatı yenilənib (FOTO)
“İnnovasiyalar Mərkəzi” əməkdaşlarının və startapçıların qazilərlə görüşü təşkil olunub (FOTO)
Havanın temperaturu aşağı enəcək, bəzi rayonlara qar yağacaq
Azercell növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatına layiq görüldü
Dövlət qulluğunda 209 vakansiya üzrə müsahibələrin vaxtı müəyyənləşib
AzMİU-nun kollektivi Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib (FOTO)
İstehlaka yararsız qida məhsulları məhv edilib
Türkiyə kəşfiyyatçıları PKK liderini zərərsizləşdirib
İqtisadiyyat naziri 7-ci Dünya İnvestisiya Forumunda çıxış edib (FOTO)
Azad olunan rayonlarda yeni inşa edilən hərbi obyektlər istifadəyə verilib (FOTO/VİDEO)
Təhsillə bağlı iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub (FOTO)
Abşeronda minik avtomobili yanıb
Şəhid general Polad Həşimov “Avrasiyaya Hizmət Ödülü”nə layiq görülüb (FOTO)
Xırdalanda iki nəfərin öldüyü kütləvi davanın digər iştirakçılarına da hökm oxundu
Prezident İlham Əliyev Macarıstanın dövlət başçısını təbrik edib
Turistlərin sevimli məkanı İçərişəhərdən FOTOREPORTAJ
Abşeronda şəhidlərə il mərasimi keçirilib (FOTO)
FHN-in Zığdakı hospitalının sabiq baş həkiminin məhkəməsində şahidlər dindirildi
Gəncənin sabiq icra başçısına sui-qəsddə təqsirləndirilən 3 nəfərin cəzası azaldıldı
Dövlət qulluğunda vəzifə tutmaq istəyənlər üçün imtahan keçiriləcək
Azərbaycan Türkiyə ilə minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirəcək - Vüqar Süleymanov
Ölkə üzrə payız ağac əkininə başlanılıb (FOTO)
Ötən ilin noyabrından indiyədək 18 min hektardan çox ərazi təmizlənib - ANAMA sədri
Bakı sakinləri eyvanlarından Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanı salamladılar (FOTO)
Dövlət Xidmətinin keçmiş rəisi mənimsədiyi 6 milyon manatı ödəyib
Azərbaycan nümayəndə heyəti Özbəkistanda prezident seçkilərini müşahidə edir
Şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq tarixini yenidən yazdılar - Şəhid Xudayarın anası
KOBİA Azərbaycanda alternativ enerjinin inkişafına hərtərəfli dəstək göstərməyə hazırdır
Rusiyada koronavirusdan gündəlik ölüm sayında yeni antirekord qeydə alınıb
Bakıda daha bir məktəb distant tədrisə keçib
Cəlilabadda karantini pozan restoran cərimələnib
Avropada enerji qiymətlərinin artması əhalini çıxılmaz vəziyyətə salıb (VİDEO)
Azərbaycanda dövriyyədə 22 milyarddan çox pul var
General-mayor Mustafa Nəsirovun 100 illik yubileyi qeyd edilib
İlahiyyat İnstitutunun dekanı Beynəlxalq Türkologiya Konqresində onlayn iştirak edib (FOTO)
Şəhid Vüsal İsmayılzadənin anım günü keçirilib (FOTO)
Mingəçevir su anbarına balıq körpələri buraxılıb (FOTO)
Ötən ay itkin düşən 69 yaşlı şəxs axtarılır (FOTO)
Naftalanda küçələr təmir edilir (FOTO)
Norm şirkəti “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində iştirak edir (FOTO)
Suraxanı rayonunda 50-yə yaxın narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
"Məişət zorakılığı media müstəvisində" mövzusunda təlim keçirilib
Film çəkilişi zamanı operatoru güllələyən Alek Bolduin sərbəst buraxılıb
Azərbaycanda sentyabrda gündəlik xam neft hasilatının həcmi açıqlanıb
Adaptiv Strateji İdarəetmə Proqramı yeni qrupların təliminə başlayır
Azərbaycanda bank kartlarının sayı artıb
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
Sumqayıtda antisanitar şəraitdə işləyən çörək sexi bağlanıb
Rusiyada barıt zavodundakı partlayışda 16 nəfər ölüb
Yasamalda polis əməkdaşlarına qarşı zor tətbiq edənlər həbs olunub
Könül Nurullayeva Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşüb (FOTO)
"Feyk nyus" kampaniyalarına qarşı birgə mübarizə aparmalıyıq - Hikmət Hacıyev
2020-ci il Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən bir dövr oldu - Hikmət Hacıyev
Bütün xəbərlər