...

Azərbaycan QDİƏT-in Turizm üzrə işçi qrupunun iclasında təmsil olunacaq

Cəmiyyət Materials 3 Aprel 2015 20:16 (UTC +04:00)
2015-ci ilin 7-8 aprel tarixində Türkiyənin İstanbul şəhərində keçiriləcək QDİƏT-in Turizm üzrə işçi qrupunun iclasında Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev iştirak edəcək.
Azərbaycan QDİƏT-in Turizm üzrə işçi qrupunun iclasında təmsil olunacaq

Azərbaycan, Bakı, 3 aprel /Trend/

2015-ci ilin 7-8 aprel tarixində Türkiyənin İstanbul şəhərində keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Turizm üzrə işçi qrupunun iclasında Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev iştirak edəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, iclas çərçivəsində QDİƏT-ə üzv ölkələrdə davamlı turizm sahəsində ən yaxşı təcrübələrin tətbiqi, təşkil edilən turizm tədbirləri və sərgilərində qarşılıqlı iştirak, turizmin xüsusi növləri üzrə əməkdaşlıqların qurulması və bir sıra digər mühüm məsələlər müzakirə ediləcək.

İclasda cari ilin 23 aprel tarixində Moldovanın Kişinyov şəhərində keçiriləcək nazirlərin görüşü üçün müzakirələr və hazırlıq işlərinin aparılması nəzərdə tutulub.

Qeyd edək ki, QDİƏT-in Turizm üzrə işçi qrupunun iclasında turizm potensialı olan ölkələr - Azərbaycan, Moldova, Yunanıstan, Türkiyə, Ukrayna, Rusiya, Ruminiya və Ermənistan təmsil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti