...

20 Yanvar dairəsinin genişləndirilməsi işləri yekunlaşmaq üzrədir (FOTO)

Cəmiyyət Materials 6 Aprel 2015 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir İlkin İzzət/

Paytaxtın 20 Yanvar dairəsi adlanan ərazisində genişləndirilən hissədə işlərin böyük hissəsi görülüb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, dairədə təhlükəsizlik adaları kiçildilərək yolun hərəkət hissəsi genişləndirilib, mərmər səki daşları quraşdırılıb.

Hazırda təhlükəsizlik adası adlanan hissəyə tamet daşı düzülür. Genişləndirilən əraziyə asfalt-beton örtük də döşənib. Bundan əlavə, 3-cü mikrorayon dairəsindən 20 Yanvar istiqamətinə köməkçi hissədə asfalt-beton örtük yenilənir.

İşlərin qısa müddətdə başa çatdırılacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti