...

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun təmirində hansı işlər görülür? (FOTO)

Cəmiyyət Materials 15 Aprel 2015 09:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri davam edir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırda daha 6 km yolun təmirinə başlanılıb. Artıq köhnə yolun söküntüsü başa çatmaq üzrədir.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə martın 3-də start verilib və bu günə kimi 18 km yol əsaslı təmir olunub.

Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir.

Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur.

Əsaslı təmir işləri başa çatdıqdan sonradan elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti