...

İtaliyanın bir qrup dövlət xadimi Azərbaycana gələcək

Cəmiyyət Materials 16 Aprel 2015 12:55 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin aprelin 28-29-da Bakıda təşkil etdiyi III Qlobal Açıq Cəmiyyətlər Forumunda İtaliyanın dövlət xadimləri və siyasətçilərdən ibarət nümayəndə heyəti iştirak edəcək.
İtaliyanın bir qrup dövlət xadimi Azərbaycana gələcək

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin aprelin 28-29-da Bakıda təşkil etdiyi III Qlobal Açıq Cəmiyyətlər Forumunda İtaliyanın dövlət xadimləri və siyasətçilərdən ibarət nümayəndə heyəti iştirak edəcək.

Komitədən Trend-ə bildiriblər ki, nümayəndə heyətinin tərkibinə İtaliya parlamentinin vitse-spikeri Linda Lanzelotte, İtaliyanın sabiq Baş naziri Massimo D`Alema və ölkənin keçmiş xarici işlər naziri Franko Frattini daxildir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Franko Frattini Forum çərçivəsində radikallaşma mövzusunda keçirilən paneldə müzakirələrdə moderatorluq edəcək.

Qeyd edək ki, "Yeni dünya düzənində etimadın yaradılması" mövzusuna həsr olunan Forumda dünyanın ən nüfuzlu siyasətçiləri yeni dünyanın başlıca problemləri, radikallaşma meyllərinin artması, Avropa Birliyi və qonşuluq siyasəti, enerji təhlükəsizliyi, etimadın yaradılmasında dinlərarası dialoqun rolu, təhlükəsizliyin təminatında regional təşkilatların əhəmiyyəti kimi məsələlərə dair fikir mübadiləsi aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti