...

Azərbaycanda cinayət yolu ilə bilə-bilə pul vəsaitlərini əldə edənlərə qarşı cəzalar sərtləşdirilir

Cəmiyyət Materials 22 Aprel 2015 16:57 (UTC +04:00)
Azərbaycanda cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etməyə görə cəzalar sərtləşdirilir.
Azərbaycanda cinayət yolu ilə bilə-bilə pul vəsaitlərini əldə edənlərə qarşı cəzalar sərtləşdirilir

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etməyə görə cəzalar sərtləşdirilir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ parlamentin aprelin 28-də keçiriləcək növbəti plenar iclasının gündəliyinə daxil edilən Cinayət Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Beləki, Məcəllənin 194.1-ci maddəsinə təklif edilən dəyişikliyə görə, qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam vermə min manatdan üç min manatadək miqdarda cərimə ilə cəzalandırılır.

Məcəlləyə əlavə edilməsi təklif edilən 194.1-1-ci maddəyə əsasən isə eyni əməllər xeyli miqdarda törədildikdə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç ilədək müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti