Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İlkin İzzət/
20 Yanvar dairəsində hərəkət qismən məhdudlaşdırıldı.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, tərtib olunmuş qrafikə əsasən, bəzi küçə və prospektlərdə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.
Bununla əlaqədar olaraq, bu gün saat 11:00-dan etibarən 20 Yanvar dairəsində, daha dəqiqi Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
İşlər başa çatanadək sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.