...

İrina Bokova:"Bakı Forumu YUNESKO-nun elan etdiyi multikulturalizm onilliyini başlayır"

Cəmiyyət Materials 28 Aprel 2015 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel /Trend, Seymur Əliyev/

BMT-nin yaradılmasında əsas məqsədlərdən biri də insan hüquqları əsasında sülh və həmrəyliyə dəstəklə yanaşı, etimadın möhkəmləndirilməsi olub.

Trend-in məlumatına görə, bu barədə YUNESKO-nun baş direktoru İrina Bokova Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun iştirakına müraciətində bildirib.

İ.Bokovanın sözlərinə görə, bu gün dünya davamlı çağırışlarla, bir sıra münaqişələrlə üzləşir: "Biz ekstremistlərin hücumlarının, terror aktlarının, tarixdə bir sıra dönüş məqamlarının şahidi olduq. Dəstəklədiyimiz Forumun proqramında da əsas məqsədlər bu problemlərin həll olunmasıdır".

O qeyd edib ki, Forum YUNESKO-nun elan etdiyi multikulturalizm dekadasına başlayır və bu, bir daha təşkilatla Azərbaycan arasındakı tərəfdaşlığı vurğulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti