...

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun əsaslı təmiri davam edir (FOTO)

Cəmiyyət Materials 13 May 2015 11:38 (UTC +04:00)
Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri davam edir.
Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun əsaslı təmiri davam edir (FOTO)

Azərbaycan, Bakı, 13 may /Trend/

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri davam edir. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, hazırda 10-post-Güzdək mənzilində 1500 metr uzunluğunda baş yollarının təmiri həyata keçirilir. Artıq köhnə yolun söküntüsü başa çatıb.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və bu günə kimi 33 km yol əsaslı təmir olunub.

Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir.

Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur.

Əsaslı təmir işləri başa çatdıqdan sonradan elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti