...

Səhiyyə Nazirliyi: Xəsarət alanlar natamam yanma məhsullarından zəhərlənib

Cəmiyyət Materials 19 May 2015 18:02 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyinin Referens-laboratoriyasında hospitalizə olunmuş yaralıların qanları müayinə olunub.
Səhiyyə Nazirliyi: Xəsarət alanlar natamam yanma məhsullarından zəhərlənib

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyinin Referens-laboratoriyasında hospitalizə olunmuş yaralıların qanları müayinə olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müayinələr zamanı xəsarət alanlara natamam yanma məhsullarından zəhərlənmə diaqnozu qoyulub.

Orta və ağır dərəcəli dəm qazından zəhərlənmə nəticəsində yaralıların qanlarında karboksiqemoqlobin aşkarlanıb.

Qeyd edək ki, bu gün Bakıda yaşayış binasında baş vermiş yanğın zamanı ölənlərin sayı 14 nəfərə çatıb, xəsarət alanlar isə 50 nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti