...

Fransızlar Azərbaycan dəmir yollarının yenidənqurulması ilə bağlı əməkdaşlığı genişləndirirlər (FOTO)

Cəmiyyət Materials 27 May 2015 12:19 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Fransanın "Bombardier" Şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.
Fransızlar Azərbaycan dəmir yollarının yenidənqurulması ilə bağlı əməkdaşlığı genişləndirirlər (FOTO)

Azərbaycan, Bakı, 27 may /Trend/

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Fransanın "Bombardier" Şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, qurumun sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

Görüşdə Dünya Bankının Layihəsi çərçivəsində "Bakı-Böyük Kəsik dəmir yolu dəhlizində 25kV 50Hz enerji sisteminə uyğun rabitə və digər əlaqəli komponentlər daxil olmaqla işarəvermə sisteminin layihələndirilməsi, təchizatı və quraşdırılması" məsələsi müzakirə olunub.

Məlumat verilib ki, podatçı təşkilat - "Bombardier-TransSignalRabitə BM" (İsveçrə-Rusya- Azərbaycan) şirkəti tərəfindən bu istiqamətdə indiyə kimi 1, 2 və 3-cü hissələr üzrə işçi layihələr hazırlanıb. 1-ci hissədə Böyük Kəsik - Gəncə sahəsində işlər başlayıb. Böyük Kəsik-Ağstafa hissəsiındə 13 stansiyadan 5-də işlərin 80%-ə qədər görülmüşdür. 4 stansiyada işə başlamağa hazırlıq işləri görülür. 1-ci hissənin kabel işlərinin əsas hissəsi həyata keçirilib.

Tövsiyə edilib ki, Podratçı şirkət ehtiyatlarını artırmalı iki və ya üç hissədə eyni vaxtda işə başlamalı və müqavilə şərtlərinə uyğun olaraq, vaxtında icra olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti