...

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun 50-ci kilometri əsaslı təmir edilir (FOTO)

Cəmiyyət Materials 6 İyun 2015 10:25 (UTC +04:00)
Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri davam edir.
Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun 50-ci kilometri əsaslı təmir edilir (FOTO)

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İlkin İzzət/

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri davam edir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırda Keşlə-Bakı sərnişin mənzilində 1 kilometr uzunluğunda baş yolun təmiri həyata keçirilir.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və bu günə kimi 49 km yol əsaslı təmir olunub. Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir.

Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur. Əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti